Azərbaycan nümayəndə heyəti paraddan keçdi - Paris-2024

Azərbaycan nümayəndə heyəti paraddan keçdi - Paris-2024
PARİS-2024 26 İyul 2024 / 22:05 2928
-  A +

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti paraddan 16-cı keçib.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Tarixdə ilk dəfə yarışın açılış mərasimi stadiondan kənarda - Parisin mərkəzində keçirilir. İdmançıların paradı Sena çayından qayıqla keçməklə təşkil olunur. 

Qeyd edək ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner