Rusiyanın nüfuzlu "Sport-ekspress" qəzeti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) oyunundan (0:2) yazıb.
QOL.az-ın xəbərinə görə, jurnalist Andrey Kuziçev yazısında qeyd edib ki, parlaq keçən ötən Avropa mövsümündən sonra “Qarabağ” Cəbəllütariqdə qələbə qazanmağa borclu idi.
"Digər tərəfdən, "Linkoln"u hamının döyə biləcəyi cılız oğlan da adlandırmaq olmazdı. Çünki bir il əvvəl bu komanda sensasiyalı şəkildə Konfrans Liqasının qrup mərhələsinə düşmüşdü. Təsadüfi deyil ki, Qurban Qurbanov cəbəllütariqlilərin nəticə üçün oynamaq bacarığını qeyd etdi, onları güclü komanda adlandırdı və “Bizim üçün asan olmayacaq” söylədi.

Prinsipcə, “Qarabağ”ı uzun müddətdir çalışdıran baş məşqçinin bütün şərhləri matçın ssenarisində öz əksini tapdı. Yalnız birinci hissəyə əlavə olunmuş vaxtda, Benzianın ötürməsindən sonra Juninyonun sinəsi ilə saxlayıb vurduğu top qapıdan keçdi" - deyə yazı müəllifi bildirir.
O, həmçinin yazıb ki, əslində bu, "Linkoln"un müdafiə xəttinin yeganə uğursuzluğu idi: "Bir də yalnız Bayramovun uzaq məsafədən mükəmməl zərbəsi sayəsində top rəqibin qapısına daxil oldu. “Qarabağ” artıq bir ayaqla növbəti mərhələdədir. Matçın sonlarında isə Qurbanov qeyri-adi addım atdı. O, eyni anda beş əvəzetmənin hamısından istifadə etdi. Bu, komandanın təzyiqinə əlavə təravət və güc qatdı (üçüncü qol olmasa belə). Amma iki qol da Bakıdakı cavab matçı öncəsi ciddi ehtiyatdır".
Xatırladaq ki, "Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”