"İtaliyada artıq Totti, Del Pyero nəsli yoxdur" - Mançinidən acı etiraf

"İtaliyada artıq Totti, Del Pyero nəsli yoxdur" - Mançinidən acı etiraf
DÜNYA FUTBOLU 28 Sentyabr 2026 / 14:03 403
-  A +

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasının 2-ci turunda Türkiyə ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis Belçikaya məğlubiyyətdən sonra sakitliyi qorumağın vacib olduğunu deyib.

“Sakit qalmalı və əsəbiləşməməliyik. Güclü komanda olan Belçikaya qarşı oynadıq və düşünürəm ki, onlar qələbəyə layiq idilər. İndi daha yaxşı oynamaq imkanımız var. Bəzi dəyişikliklər edəcəyik və digər futbolçulara şans verəcəyik.

Heyətimiz dəyişəcək, çünki eyni futbolçularla ardıcıl dörd oyun keçirmək mümkün deyil. Beləliklə, vacib matçlarda hər kəsi qiymətləndirmək imkanımız olacaq.

Türkiyə güclü komandadır və çoxlu istedadlı futbolçuları var. Montella? Boy-buxununa baxmayaraq, çox sürətli və texniki cəhətdən güclü futbolçu idi. O, möhtəşəm karyera keçirib".

O, komandanın gələcək hədəflərindən də söz açıb: "Bizə ilk növbədə işləmək, bir-birimizi tanımaq və rəqabətədavamlı komanda qurmaq üçün vaxt lazımdır. Bundan başqa heç nəyə ehtiyacımız yoxdur. Hər komanda müxtəlif dövrlərdən keçir və hazırda İtaliya nəsil dəyişikliyi mərhələsindədir. İndi İtaliyada Totti, Del Pyero və digər böyük çempionların dövründəki kimi bir nəsil yoxdur.

Müsbət oyun gözləyirəm. İlk növbədə pressinqdə və aqressivlikdə daha yaxşı oynamalıyıq. Bu matça hazırlaşmaq üçün çox az vaxtımız olub. Ciddi taktiki yenilikləri məşq edə bilmədik, ona görə də böyük dəyişikliklər gözləmək lazım deyil”.

Qeyd edək ki, Mançini, Barella və Maldini Türkiyə ilə görüşdə iştirak etməyəcəklər.


Qarabağ FK
Son xəbərlər
topaz banner