“Qarabağ” yenə də ümidvericidir. Bu komanda ildən-ilə inkişaf edir. Mən də daxil olmaqla hər bir azarkeş istəyir ki, “Qarabağ” Çempionlar Liqasında çıxış etsin. Onların oyunu da bunu deyir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan klublarının avrokubok mübarizəsi haqda danışan təcrübəli mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyəcəyinə inandığını bildirib:
“Qarabağ”ın “Linkoln”la oyunu ilə bağlı sakitəm. İlk mərhələni keçəcəklər. Digər mərhələləri də keçib qrup mərhələsinə düşməlidirlər. Buna gücləri var. “Qarabağ”ın heyəti elədir ki, kimsə olmayanda onu əvəzləmək olur. Əsas qapıçı məsələsi idi ki, onu da həll ediblər”.
A.Mircavadov Avropa Liqasında “Şerif”ə uduzan “Zirə”nin Konfrans Liqasında irəli getmək şansı olduğunu qeyd edib: “Zirə” “Şerif”ə ilk oyunda qalib gəlməsəydi, Bakıdakı görüşdə onu udacaqdı. Mən buna arxayınlıq da deməzdim. İlk oyunda “Şerif”in elə bir qol vəziyyətləri olmadı. Ümumiyyətlə, “Şerif” 4-5 il əvvəlki komanda deyildi. “Zirə” bu rəqibi keçməli idi. Oyundakı qırmızı vərəqə məğlubiyyətdə əsas rol oynadı. Hətta “Zirə” 10 nəfərlə də oyunu penaltilər seriyasına qədər apara bildi, amma qələbə mümkün olmadı. Avrokuboklarda hər duruma hazır olmalısan. Hər məşq prosesində istənilən vəziyyətə hazırlaşmalısan. Penaltilərdə psioxoli durum əsas rol oynayır.
İndi “Zirə”nin Konfrans Liqasında da sözünü demək şansı var. Mən ümidliyəm. Çünki “Zirə”nin heyətində həm yaxşı yerli, həm də əcnəbi oyunçular var. Qalır oynamaq”.
77 yaşlı mütəxəssis “Sabah”ın rəqibi olan “Makkabi”nin (Hayfa) çox güclü olduğunu vurğulayıb: “İsrail klubu haqda informasiya alıram. Bir yaxşı hal var ki, “Sabah” səfər matçını İsraildə oynamayacaq. Birinci hava şəraitinə görə yaxşı oldu. Çünki İsrail hazırda çox istidir, amma oyunun keçiriləcəyi Macarıstanda o qədər isti olmur. Bu da o deməkdir ki, komandalar futbol oynayacaq. İkincisi də azarkeş amilidir ki, “Makkabi” bu üstünlükdən də məhrumdur”.
A.Mircavadov Konfrans Liqasında Macarıstanın “Fehervar” klubuna rəqib olan “Sumqayıt”ın şanslarından da danışıb: “Sumqayıt” oyunçu almalı idi, amma istənilən qədər transfer etmədilər. “Sumqayıt” son oyunlarda çox istəkli görünürdü. Mən inanıram ki, yenə belə oynayacaqlar. Şəhərin təzə stadionu var. Azarkeş ordusu olmalıdır. Mən saytlardan oxuyuram ki, 3500 bilet satılıb. Amma belə az olmamalıdır. Həddindən artıq azdır. O boyda stadion var, onu doldurmaq lazımdır. Bu oyuna da azarkeşlər az gəlsə, daha sözüm yoxdur. Mən özüm həmin oyuna gedəcəm. Azarkeşin gəlməyi həm futbolçularda, həm də klubda məsuliyyət, eyni zamanda ruh yüksəkliyi yaradır. “Fehervar”ın “Qəbələ” ilə oyunlarını xatırlayıram. Yaxşı komanda idi. Amma indi rəqibə yox, özünə baxmalısan. “Qarabağ”ın timsalında bunu gördük də. “Bayer” Almaniya Bundesliqası kimi bir yarışda uduzmadan çempion oldu. Amma bu komandanı “Qarabağ” oyunu ilə uddu. Yəni oyun baxımından “Qarabağ” onu üstələdi. Ona görə də indi Avropada rəqibin yox, öz adımızı qaldırmalıyıq. Heç nədən çəkinməməliyik”.
A.Mircavadov sonda bildirib ki, indi klublarımızdan avrokuboklarda bir mərhələ keçməyi yox, qrup mərhələsinə düşməyi gözləmək lazımdır: “Mən bütün klublarımıza inanıram. Bu inam klublarımızın özlərində də olmalıdır. “Qarabağ” Çempionlar Liqasının, iki klubumuz isə Konfrans Liqasının qrupuna düşsə, əla olar. Bu, Azərbaycanda futbolun inkişafına böyük təkan olar.
Biz əvvəllər deyirdik ki, klublarımız bir mərhələ keçsə, böyük işdir. Amma indi bir mərhələdən söhbət getmir, qrup mərhələsini istəyirik. Niyə? Çünki bəzi klublarımızın maliyyə durumu kifayət qədərdir və qrupda oynamaq üçün hər imkanı var”.
Xatırladaq ki, “Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la ilk oyununu keçirəcək. “Sabah”, “Zirə” və “Sumqayıt” isə iyulun 25-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa çıxacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video