2 il əvvəl - 2008-ci ildə “Qəbələ” rəhbərliyi Azərbaycan klubları arasında analoqu olmayan bir addım atdı. Bölgədə ilk dəfə olaraq, futbol akademiyasının yaradılmasına qərar verdi. “Qəbələ” də digər klublarımız kimi kənardan güclü futbolçular gətirərək, yüksək hədəflər uğrunda mübarizə apara bilərdi. Lakin gələcəyi düşünən rəhbərlik öncə uşaq futboluna diqqət yetirməyi, istedadlı yeniyetmələri bir yerə toplayaraq bacarıqlı məşqçilərin köməyi ilə onları peşəkar səviyyəyə çatdırıb, məqsədinə doğru irəliləməyi daha vacib saydı. Bu səbəbdən, vaxtilə xeyli müddət Türkiyənin “Qalatasaray” klubunun futbol məktəbində çalışmış Əli Yavaş ölkəmizə dəvət edildi və onunla 3 illik müqavilə bağlandı.
Gələn il istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın layihəsini hazırlamaq üçün İngiltərənin bu sahədə ixtisaslaşmış şirkətlərindən birindən mütəxəssis cəlb edildi. Akademiyanın daxilində təbii və süni örtüklü meydançalar, yeməkxana, istirahət və digər yardımçı otaqlar olacaq. Tikinti ilə paralel olaraq, “Qəbələ”nin uşaq futbol bölmələrinə seçimlər aparılır. Seçim təkcə Qəbələ rayonunu deyil, bütün bölgəni əhatə edir.
Akademiyaya məşhur türkiyəli futbol mütəxəssisi Əli Yavaş rəhbərlik edir.
İki ilə yaxındır ölkəmizdə çalışan türkiyəli mütəxəssis, akademiyanın inşası davam etsə də, vəzifəsini həvəslə yerinə yetirir. Uzun müddət Türkiyənin ən güclü klublarından biri olan “Qalatasaray”ın uşaq komandasına başçılıq edən və “Cim Bom” üçün ehtiyat qüvvə yetişdirən Əli Yavaş bu dəfə “Qəbələ”nin saytına danışdı.
- Futbolçu yetişdirmək həm çətin, həm də asandır. Soruşa bilərsiz, necə ola bilər ki, həm asandır, həm də çətin. Əgər futbolçu seçiminə peşəkar yanaşma varsa, uşaqdakı istedadı görməyi bacarırsansa, o zaman asandı. Yox, seçmək bacarığın yoxdursa, istedadı üzə çıxara bilmirsənsə, demək, futbolçu yetişdirmək də çətin olacaq.
- Akademiyaya uşaq seçimi nə vaxt və necə aparılır?
- Akademiyaya əsas seçim mövsüm başa çatdıqdan sonra aparılır. Yayda həyata keçirdiyimiz seçimlər daha genişmiqyaslı olur. Bu barədə bütün məktəblərə, bölgələrə və ümumiyyətlə, yeniyetmələrin toplum halda olduğu bütün qurumlara əvvəlcədən məlumat veririk. Onlara yaş qrupları üzrə seçimin konkret tarixi deyilir. Bu, böyük təşkilati işdir. Azərbaycanın dörd bir yanından istedadlı uşaqları toplayırıq. Amma bu seçim yalnız yaydan-yaya aparılmır. Biz hər gün seçim aparırıq.
- Məgər akademiyaya seçim yalnız dəvət əsasında aparılmır?
- Xeyr. Baxın, U-13, U-14, U-15 və U-17 komandalarımız Azərbaycan birinciliklərində mübarizə aparırlar. Akademiyamızın məşqçilər korpusu yetirmələrimizi çempionat oyunlarına çıxarkən rəqib komandanın futbolçularına da göz qoyurlar. Bacarıqlı oyunçuları qeyd edib lazım gələrsə, onları almaq üçün məxsus olduğu kluba müraciət edirik. Əlbəttə, fair-play anlayışı daxilində. Sonra həmin yeniyetməni akademiyaya dəvət edirik. Əgər bəyəndiyimiz uşaq Qəbələ rayonundan kənarda yaşayırsa, onun bir həftə burda qalmasına şərait yaradırıq. Həmin uşaq bir həftə akademiyada yaşayıb müvafiq yaş qrupunda məşqə çıxır. Soruşa bilərsiniz niyə bir həftə? Ona görə ki, birinci dəfə məşqə çıxan uşaq həyəcanlı ola bilər, özünü göstərməyə fürsət tapa bilməz, yaxud da ayağına top gəlməyə bilər. Bu baxımdan, akademiyaya dəvət edilən yeniyetmənin bir həftə baxışda olması şərtdir. Günün hansı saatında olursa-olsun, bizim telefonlarımız açıqdır. Kimsə bizə zəng vurub hardasa istedadlı bir uşağın olduğunu bildirirsə, həmin andan işə başlayırıq.
- Akademiya üçün uşaq seçərkən öncə nəyə diqqət yetirirsiz?
- Əvvəlcə bacarığına, sonra isə fiziki hazırlığına. Bu ikisi vacib amillərdir. Akademiyada təlim görmək istəyən uşaqda hər ikisi varsa, çox gözəl. Bundan sonra işimiz onun futbol biliyi və bacarığını dərinləşdirməkdir. Bu, illərlə çəkən prosesdir. Akademiyamızda təlim gördüyü illərdə yeniyetməyə sivil futbol anlayışı aşılanır, onun bütün mümkün çatışmazlıqları tədricən aradan qaldırılır. Səhvlərini və çatışmazlıqlarını göstərə-göstərə, anlada-anlada onun futbol bacarığını mükəmməl səviyyəyə çatdırırıq. Akademiyada təlim görən yeniyetmə eyni zamanda Azərbaycan birinciliklərində çıxış edir və deməli, oyun təcrübəsi də əldə edir.
- Yeniyetmə akademiyaya qəbul edilən zaman onunla müqavilə də bağlanır. Müqavilədə nələr nəzərdə tutulur?
- Uşağın gələcəkdə yaxşı futbolçu olduğuna və “Qəbələ” futbol klubunda oynaya biləcəyi qənaətini özlüyümüzdə qətiləşdirdikdən sonra onunla müqavilə imzalanır. Hərçənd, yeniyetmənin gələcəkdə “Qəbələ”nin əsas komandasında oynayacağına bəri başdan heç kim təminat verə bilməz, axı biz sehrbaz deyilik. Amma vaxtilə Türkiyədə, “Qalatasaray”da gördüyümüz işlər, əldə etdiyimiz nəticələr burda görəcəyimiz işlərin təminatıdır. Bundan sonra uşağın ata-anasını çağırırıq, onların razılığını aldıqdan sonra əvvəlcə 3 aylıq müqavilə bağlayırıq. Daha sonra onu akademiyamızda yerləşdiririk. O, burda yaşayır, yeməklə təmin olunur və göndərdiyimiz məktəbə gedir.
- Yerli camaatın komandaya olan marağını artırmağın yollarından biri “Qəbələ”nin əsas komandasında qəbələli futbolçuların oynamasını təmin etməkdir. Akademiya bunu nəzərə alırmı?
- Bu məsələ bütün ölkələr və komandalar üçün vacibdir. Amma “Qəbələ” 2005-ci ildə yaradıldığı və indiyədək buna bənzər idman təsisatına malik olmadığı üçün burda bacarıqlı futbolçu da yetişməyib. Artıq “Qəbələ”nin öz komandası var, futbol akademiyası yaradılıb. Stadion və baza da inşa edildikdən sonra bu sahədə kəm-kəsiri də aradan qaldıracağıq. Bundan sonra da sırf qəbələli futbolçuların yetişəcəyinə inanırıq. Hazırda 1999-2000, 2001-2002 və 2003-cü il təvəllüdlü uşaqlar arasında 45-ə qədər futbolçu vardır ki, onların da 40-ı qəbələlidir. Həmin uşaqların da, ən azı, yarısı perspektivli, ümidvericidir. Qalanlarına “bacarıqsızdır” damğası vurmaq istəmirəm, amma zaman gəldikcə onların da bacarığı ortaya çıxacaq. Bu faktın özü bu günkü Qəbələ üçün çox önəmlidir.
- Eşitdiyimizə görə, “Qalatasaray” Bakıda futbol məktəbi açmaq niyyətindədir?
- Bunu ilk dəfə sizdən eşidirəm. “Qəbələ”nin belə bir məktəbə ehtiyacı yoxdur. Qəbələ Futbol Akademiyasında “Qalatasaray” ağırlığında koordinator və məşqçilər var. Yəni “Qalatasaray” burdadır, narahat olmayın. Məşqçilərimiz Türkiyədə hansı sistemlə işləyiblərsə, burda da onu tətbiq edirlər. Turkiyədə və Avropada hansı sistem özünü doğruldubsa, Qəbələyə də onu gətirmişik.
- Sizdən söz düşəndə, ilk növbədə, uğurlarınız önə çəkilir...
- Biz işə Fatih Terimlə bir yerdə başlamışıq. Uzun illər onunla bir proqram işləyib hazırladıq. Həmin proqram sayəsində qısa bir zamanda böyük nəticələr əldə etdik. 2002-2008-ci illərdə “Qalatasaray” Futbol Akademiyasının direktoru vəzifəsini icra etmişəm. Arda Turan, Səbri Saracoğlu, Məmməd Güvən, Aydın Yılmaz kimi oyunçuları Türkiyə futboluna verdik, dünyaya tanıtdıq. Yetişdirdiyimiz 30-a yaxın futbolçu hazırda Türkiyənin Bank Asiya I liqasında top qovur. Türkiyədə buna çox vaxt sərf etdik, amma Qəbələdə böyük nəticələr əldə etmək üçün daha çox çalışmaq lazımdır. Çünki burda hər şeyi yenidən, sıfırdan başlamışıq. Bizim bir hədəfimiz var - burda yetişdirdiyimiz futbolçuları “Qəbələ”nin əsas heyətində oynatmaq. Bunun da zamana, vaxta ehtiyacı var.
“Qəbələ” Futbol Akademiyası heç bir mənbədən qaynaqlanmasa da, bəzi klubların təcrübələrindən istifadə edib. Xüsusilə, ingilis və türk futbol modelinə söykənən akademiyanın məşq proqramı öz məşqçilərimiz tərəfindən hazırlanıb. Proqramda UEFA-nın tövsiyələri əsas götürülüb. Tikilməkdə olan futbol akademiyamızdan dünyada cəmi 2 yerdə var. Bu cür infrastruktura İngiltərənin “Çelsi” və “Everton” klubları sahibdir. Qafqazda isə bunun analoqu yoxdur.
Ronaldo titulsuz qaldı
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi