Təlim-məşq toplanışını Erzurumda davam etdirən “Araz-Naxçıvan” gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandam ilk matçda Türkiyə Superliqası təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib. Heç-heçə (1:1) başa çatan matçda mövsümlərarası fasilədə transfer edilən Benny ilk dəfə “qırmızı-ağlar”ın heyətində debüt edib. İkinci hissədə meydana daxil olan portuqaliyalı futbolçu görüşlə bağlı təəssüratlarını bölüşüb:
“Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.
27 yaşlı portuqaliyalı yarımmüdafiəçi keçidi haqda isə bunları deyib: “Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dəyərləndirək, dedim. Artıq 1 həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kolektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnini maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq”.
Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşları kömək etdiyini bildirib: “Əlbəttə, hə dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.
Qeyd edək ki, Benny indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı