“Arar-Naxçıvan” təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirir.
QOL.az xəbər verir ki, iyulun 10-dan etibarən qardaş ölkədə olan komandanın yeni transferlər Benny və Felipe Santos da “qırmızı-ağlar”ın düşərgəsindədir.
Baş məşqçi Elmar Baxşıyev hazırlıqlı bağlı fikirlərini klubun mətbuat xidmətnə: “Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Təbii ki, hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.
Çalışdırıcı komandanın düşərgəsinə Türkiyədə qoşulan Benny və Felipe Santosla bağlı da danışıb: “Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.
E. Baxşıyev zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirdi: “Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Erzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.
Qeyd edək ki, hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da “Alanyaspor”la yoxlama matçı keçiriəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bundan sonra daha 2 matçda gücünü sınayacaq komandamız iyulun 25-də Bakıya dönəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama