“İstədiyimiz komandanın meydançanı tam hiss eləməyi idi. Son 2-3 gündə ağır məşqlərimiz olmuşdu. Buna görə də yükləmə altında komandanı görmək istəyirdik. Ümumi fikirlərimiz nə idisə, komanda da onu bizə qaytardı”.
QOL.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev əvəzedicilərə qarşı keçirilən yoxlama matçı (3:1) barədə danışarkən deyib.
Mütəxəssis komandasının heyətinin kasad görünməsinin səbəbini belə izah edib: “Komanda hazırda komplektləşir. Bəzi mövqelər üzərində iş gedir. Üstəlik, bəzi oyunçularımız – Ömər Buludov və Miço Kuzmanoviç xəstəlik səbəbindən meydana çıxmamışdılar. Onlar hazır deyildilər. Vaxtımız var. Qarşıdakı günlərdə komandaya yeni oyunçular qoşulacaq”.
Baxşıyev hazırda 3 mövqeni gücləndirmək istədiklərini bildirib: “Mərkəz hücumçusu, “10 nömrə” və müdafiənin mərkəzinə axtarışlarımız davam edir. Bu üç mövqeyə mütləq transfer olmalıdır”.
44 yaşlı məşqçi yeni transferlərdən olan Karlos Jatoba haqda müsbət fikirlər səsləndirib: “Jatoba meydanın mərkəzində hər bir mövqedə oynaya biləcək futbolçudur. Ona görə də müxtəlif mövqelərdə şans verməyimiz mümkündür. Keyfiyyətli oyunçudur. Düşünürəm ki, komandaya xeyri dəyəcək”.
E.Baxşıyev hələlik yeni mövsüm üçün hədəflərinin müəyyənləşmədiyini söyləyib: “İndiki durumda bizi də, rəhbərliyi də daha çox düşündürən heyətin tez bir zamanda komplektləşdirilməsidir. İstədiyimiz mövqelər dolandan sonra iddiadan danışmaq olar”.
O, komandanın Naxçıvana köçmək perspektivi barədə sualı belə cavablandırıb: “Bu, mənə aid sual deyil. Yalnız onu deyə bilərəm ki, biz də istərdik ki, ev oyunlarımızı Naxçıvanda keçirək. İnşallah inanıram ki, bu yöndə işlər gedəcək və komanda öz doğma meydanında oynayacaq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Azərbaycan Premyer Liqasında yeni mövsümün daha gərgin alınacağını vurğulayıb: “Transferlər onu göstərir ki, heç bir komanda iddiasından əl çəkməyəcək. İldən-ilə çempionat daha da ağır olur. Bu, bir tərəfdən yaxşıdır ki, komandadalar rəqabətədavamlı olurlar. Hər halda nə qədər çox rəqabət olsa, çempionat da bir o qədər inkişaf edər”.
Baxşıyev sabiq klubu “Qəbələ”dən komandaya cəmi 2 futbolçu cəlb etməsinin səbəbini belə izah edib: “Sırf yerli futbolçularla bağlı bizə lazım olan mövqeyə Urfan və Ülvi idi, onların üzərində dayandıq. Amma qarşıdakı günlərdə yenə də kimsə ola bilər”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət