Yeni mövsüm üçün heyətini formalaşdırmaq yolunda çalışmalarını davam etdirən "Səbail"in düşərgəsinə daha 3 yeni transferi qoşulub.
QOL.az saytına müsahibəsində bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. O bildirib ki, keçidi rəsmən açıqlanan Amir Bilali ilə yanaşı, yeni transferlərdən Mərt Çelik, Qorka Larrusea və Dmitro Litvin də artıq komandanın Ərzudumdakı düşərgəsindədir.
Təcrübəli mütəxəssis hazırda iki mövqə üzrə axtarışların davam etdiyini söyləyib: “Transfer çalışmalarımız yekunlaşmaq üzrədir. Yerli futbolçularla bağlı bütün məsələləri həll etdik. Hazırda iki mövqedə problemimiz var. “8 nömrə” və hücumda axtarışlarımız davam edir. Seleksiya şöbəmiz gərgin iş rejimindədir. Hazırda 3-4 nəfər bu istiqamətdə çalışırıq”.
Qeyd edək ki, U-21 millimizin sabiq üzvü olan Mərt Çelik daha əvvəl “Neftçi”də də çıxış edib. 24 yaşlı müdafiəçi son mövsümü icarə əsasında “Bandırmaspor”da keçirib.
“Səbail”in digər yeni transferi Dmitro Litvin də müdafiəçidir.
27 yaşlı ukraynalı son olaraq Portuqaliyanın "Lusitaniya" klubunda çıxış edib. Daha əvvəl isə o, "Aveş", "Fafe", "Benfika" B, "Zarya"(Luqansk), "Olimpik" (Donetsk), "Akron" (Tolyatti), "SKA-Xabarovsk" və "Klaksvik" klublarında oynayıb.
Qorka Larruseanın mövqeyi isə yarımmüdafiədir. 31 yaşlı ispan vətənində “Gernika”, “Real Union” və “Amorebieta”da forma geyib. 2022-ci ildə Buxarest “Dinamo”suna transfer olunub. Rumıniya klubunun heyətində meydana çıxdığı 35 matçda “Səbail”in yeni transferi 5 qol vurub. Son olaraq isə Qorka Larrusea bu ilin ilk yarısını Bolqarıstanın “Etar” klubunda keçirib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət