“Neftçi”nin qadınlardan ibarət komandasının ÇL-dəki rəqibi müəyyənləşdi

“Neftçi”nin qadınlardan ibarət komandasının ÇL-dəki rəqibi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 5 İyul 2024 / 15:40 1107
-  A +

Bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Neftçi” bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınların Çempionlar Liqasında ilk mərhələnin oyunları 4 və 7 sentyabr tarixlərində keçiriləcək.


Son xəbərlər