“Neftçi”nin yeni baş məşqçisi açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanın baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.
Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.
Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb, 2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Hollandiyanın “PSV Eyndhoven” və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb. O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?