İspaniyanın paytaxtı Madriddə "MadCup" beynəlxalq turnirində çıxış edən "Sabah"ın U-10 komandası növbəti oyunlarını keçirib.
QOL.az xəbər verir ki, komanda qrup mərhələsində son oyununda Madrid "Atletiko"suna məğlub olub (2:8). Oyunda "Sabah"ın qollarına Ömər Şirəliyev və Nihad Həsənov imza atıb.
"Sabah" U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, "Bürünc Liqa"da mübarizə aparmaq şansı qazanıb.
"Bürünc Liqa"nın 1/8 finalında Avstraliyanın "Vilyarreal" (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. Matçda "Sabah"ın qollarını Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev vurub.
"Sabah" 1/4 finalda İspaniyanın "Avila Atletiko" komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla "Sabah"ın xeyrinə başa çatıb. Qolları Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı vurub.
Yarımfinalda isə İspaniyanın "Fundacion" klubunu 5:1 hesabıyla məğlub edən "Sabah" finala vəsiqə qazanıb. "Sabah"ın qollarına Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və Ömər Şirəliyev imza atıblar.
Qeyd edək ki, iyunun 24-də isə turnirin təmtəraqlı açılış mərasimi olub. Açılış Madridin məşhur "Metropolitano" stadionunda keçirilib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi