Coy-Lens Mikels "Sabah"a qayıtdı - Video

Coy-Lens Mikels "Sabah"a qayıtdı - Video
ÖLKƏ FUTBOLU 25 İyun 2024 / 11:38 4401
-  A +

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

QOL.az klubun saytına istinadən xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb. 

Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu komandaya azad agent kimi qoşulub. 

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner