“Bu, hər iki komanda üçün vacib oyundur. Çünki hər ikisi birinci yeri tuta bilər. Düşünürəm ki, bizim qonşu olmağımız bu matçı azarkeşlər üçün xüsusi edir. Bu, belə demək mümkünsə, derbi kimidir".
QOL.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin hücumçusu Brill Embolo Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Almaniya ilə oyun öncəsi deyib.
"Bizə dəstək böyükdür. Çünki Almaniya ilə qonşuyuq. Ona görə də soydaşlarımızın buraya gəlməsi daha asandır. Çalışırıq ki, onları sevindirək. Səviyyəmizi nümayiş etdirək ki, bizimlə fəxr etsinlər. Bu, təkcə komanda üçün deyil, həm də bütün ölkə üçün xüsusi oyundur”.
Qeyd edək ki, bu gün keçiriləcək sözügedən görüş saat 23:00-da başlayacaq. Almaniya 6 xalla 1-ci, İsveçrə 3 xalla qrupda 2-ci pillədə qərarlaşıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"