Bu gün Avro-2024-də 2-ci tura start verilib.
QOL.az xəbər verir ki, günün ilk oyununda B qrupunda Xorvatiya və Albaniya milliləri üz-üzə gəlib. Albaniya yığması bu oyunda məğlubiyyətdən son anda qurtulub. Matç 2:2 hesabı ilə başa çatıb.
Hər iki komanda ilk turda məğlub olub. Xorvatlar İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə uduzub.
A qrupunda Almaniya Macarıstanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Almanlar turnirin açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib. Macarıstan isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.
Almaniya millisi bu qələbələr sayəsində A qrupunda xallarının sayını 6-ya çatdırıb. Komanda qrup mərhələsinin sonuna 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.
Günün son matçında isə Şotlandiya İsveçrə ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.
19 iyun
Avro-2024
2-ci tur
B qrupu
17:00. Xorvatiya - Albaniya - 2:2
Qollar: Kramariç, 74, Qyasulya, 76-avtoqol - Laçi, 11, Qyasulya, 90+5
Baş hakim: Fransua Leteksye (Fransa).
Hamburq, “Folksparkştadion” stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | İspaniya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
| 2 | İtaliya | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
| 3 | Albaniya | 2 | 0 | 1 | 1 | 3-4 | 1 |
| 4 | Xorvatiya | 2 | 0 | 1 | 1 | 2-5 | 1 |
A qrupu
20:00. Almaniya - Macarıstan - 2:0
Qollar: Musiala, 22, Gündoğan, 67
Baş hakim: Denni Makkeli (Niderland).
Ştutqart, "MHP Arena" stadionu.
23:00. Şotlandiya - İsveçrə - 1:1
Qollar: Mk Tominay, 13 (1:0), Şaqiri, 26 (1:1)
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln, “Reyn Enerqi” stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Almaniya | 2 | 2 | 0 | 0 | 7-1 | 6 |
| 2 | İsveçrə | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
| 3 | Şotlandiya | 2 | 0 | 1 | 1 | 2-6 | 1 |
| 4 | Macarıstan | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir