Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Hakimlər Komitəsi Premyer Liqanın oyunları ərəfəsində hakimlərə kənar təsirlərin olmaması üçün onları adı açaqlanmayan oteldə yerləşdirilir. Bu, gözlənilən effekt verirmi?
- Bəzi insanlar onların oteldə saxlanmasını elə qələmə verir ki, guya biz orda foks göstəririk. Biz bunu ona görə edirik ki, sabah hansısa klub deməsin ki, kimsə hakimlərə zəng vurub, onları ələ alıb. Biz referiləri mümkün kənar təsir və təzyiqlərdən qorumaq, oyunlara lazımi qaydada hazırlaşmaları üçün üçün oteldə yerləşdiririk.
- Buna qədər hakimlərə təsirlər çox idi?
- Tez-tez olmasa da, bəzən zənglər gəlirdi. İndi isə belə hallar yoxdur. Çünki hakim özü də hansı matça təyinat aldığını cəmi iki saat əvvəlcədən bilir. Biz hakimlərlə bağlı mənfi halların qarşısını alırıq. Çox yaxşı haldır ki, indi hakimlər oyuna rahat hazırlaşır, heç bir kənar təzyiqə məruz qalmırlar.
- Bəs, hakimlərin təyinatı haqda qərar nə zaman verilir?
- Dediyim kimi, onlar özü bu haqda oyundan iki saat öncə xəbər tuturlar. Kim, hansı oyunu təyinat alacaq, bunu matçdan öncə yalnız mən və Xaqani Məmmədov bilir.
- Amma mediada bəzən oyunun başlamasından bir neçə saat əvvəl təyinatlarla bağlı doğru xəbər yayılır.
- Deyək ki, hansısa hakim rayondakı oyunu idarə etməyə gedirsə, onu yolda görürlər və xəbər tuturlar.
- Yəni deyirsiniz ki, bu faktlar sırf təsadüf nəticəsində ortaya çıxır?
- Bəli.
- PFL rəhbəri kimi, final mərhələsinin geridə qalan il kiki turunda hakimlərin idarəçiliyi barədə fikirləriniz necədir?
- İndiyə qədər heç bir narazılıq eşitməmişik. Düzdür, səhvlər var və olması da normaldır. İki gün əvvəl Azərbaycan millisinin Avropa çempionatındakı oyununda da biz hakim səhvinə rast gəldik. İstər bizim lehimizə, istərsə də əleyhimizə. Əsas odur ki, bu səhvlər qərəzli deyil.
- Mediada AFFA-nın Hakimlər Komitəsində dəyişikliklər ediləcəyi ilə bağlı xəbərlər dolaşır.
- Mən bu barədə nəsə eşitməmişəm.
- Son günlər daha bir iddia səslənir ki, guya «Bakı» kubokda finala çıxmaq üçün «Xəzər Lənkəran»la danışıqlara gedəcək, çempionatdakı oyunda onlara xal verəcək.
- Bunlar hamısı şayiədir. Özünüz də görəcəksiniz ki, boş söhbətlərdir. Mən hər iki klubun rəhbərliyini yaxşı tanıyıram. Onlar bu cür addımlar atmazlar. Birdə ki, əgər «Bakı»nın həqiqətən belə fikri olsaydı, elə ötən çempionatın son turunda «Xəzər Lənkəran»la danışıqlara gedərdi. Yadınızdadırsa, «Bakı» «Xəzər»in çempion olmasına imkan vermədi.
Bilirsiniz, belə söhbətləri çox eşitmişik, amma əməldə görməmişik.
- Hələ Antalyada bizimlə söhbətinizdə demişdiniz ki, final mərhələsi üçün sürprizlər hazırlayırsınız. İndi deyə bilərsinizmi ki, bunlar nə sürprizdir?
- Hələ buna vaxtımız var. Vaxt gələcək, çıxış edib deyəcəyəm ki, dediyim sürpriz budur.
- Sizin, fikrinizcə, Azərbaycan çempionu hansı turda müəyyənləşəcək? Çoxları son turu və ya finişə iki tur qalmış birinci yerin sahibinin qətiləşəcəyini düşünür.
- Siz mənə çox tapmacalı sual verdiniz. Bunun cavabını bilmirəm. Keçən il çempionun kimliyi son dəqiqəyə qədər bilinmirdi. Bu, klubların özlərindən asılı olan məsələdir. İndidən heç kim deyə bilməz ki, çempion kim olacaq. «Neftçi» indi ən yaxın izləyicidərindən dörd xal irəlidədir. Son iki tura qədər bu fərqi saxlasa, o zaman artıq yeni çempionla bağlı nəsə demək olacaq.
- Yeri gəlmişkən, son vaxtlar hakimlərdən ən çox narazılıq edən «Neftçi»dir.
- Vallah, onlar bununla bağlı bizə yazılı şəkildə heç bir müraciət etməyiblər. Bəzən oyundan sonra klub rəhbərləri emosiyaları cilovlaya bilmir və hakimlər haqda danışırlar. Vaxtı ilə klubda işləyəndə məndə də belə şeylər olurdu. Bir daha deyirəm, bizə yazılı şəkildə heç bir şikayət daxil olmayıb.
- «Qarabağ»ın ev oyunlarını Quzanlıda oynaması məsələsi nə yerdə qaldı? Bu günə kimi klublardan konkret kim orada oynamağa razılıq verib?
- Biz şərt qoymuşuq ki, kim Quzanlıya getmək istəyirsə, bizə yazılı şəkildə razılığını bildirməlidir. Hələlik heç bir klubdan bizə belə müraciət daxil olmayıb.
- Amma «Bakı» klubu PFL-ə razılıq məktubu göndərdiyini bildirir.
- Biz o sənədi almamışıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi