«Neftçi» klubunun prezidenti Sadıq Sadıqovun Qol.Az saytına müsahibəsi
- Komandanızın çempionluq uğrunda yarışda ən yaxın izləyiciləri ilə xal fərqi 4-ə enib. Bu mənada, «Neftçi»nin çempionluq şansını necə qiymətləndirirsiniz?
- Özünüz bilirsiniz ki, «altılıq»da hər bir komandanın çempion olmaq şansı var. Qış fasiləsindən sonra komandalar daha da gücləniblər. Xüsusilə «Xəzər Lənkəran», «Bakı» və «Qarabağ»ı qeyd edərdim. Çempionatın səviyyəsi də artıb. «Neftçi»nin çempionluq şansını hazırda 60 faiz görürəm. Amma hələ arxayınlaşmaq olmaz. «Xəzər Lənkəran» və «Qarabağ»ın da çempionluq şansı var. Bu üç komandadan hansı layiqdirsə, o da birinci olacaq.
- Sizcə, çempionluğun taleyinə hansı turda aydınlıq gələcək?
- «Altılıq»da gərgin mübarizə gedir. Mən belə fərz edirəm ki, çempionatın bitməsinə iki tur qalmış çempion bəlli olacaq.
- İndi «Neftçi» üçün ən təhlükəli rəqib kimi son doqquz oyununun hamısında qələbə qazanan «Qarabağ»ı göstərirlər. Bu fikirlə razısınız?
- Bilirsiniz, çempionatdakı bütün komandalara hörmətimiz var. Mən «Xəzər Lənkəran»la «Qarabağ»ı ayırmaq istəməzdim. Hər ikisi çox səviyyəli komandadadır. Dediyim kimi, hər üç komandanın çempionluğa şansı daha çoxdur. «Qarabağ» Avroliqada iştirak etmiş və mərhələ keçmiş komandadır. Düzdür, «Qarabağ»ın şansı da böyükdür. Amma biz zamanı gözləməliyik.
- Futbol mütəxəssisləri «Neftçi»nin bu həftə «Qarabağ»ı yenəcəyi təqdirdə, çempionluğu 60-70 faiz təmin edəcəyini düşünürlər.
- Bu barədə indidən danışmaq doğru olmazdı. İnşallah, «Qarabağ»ı məğlub edək, sonra bu haqda danışarıq.
- Son zamanlar, xüsusilə «Xəzər Lənkəran»la oyunlarınızdan sonra «Neftçi»nin rəhbərliyi və məşqçiləri hakimlərin təzyiqlərilə üzləşdiklərini bildirirlər. Bir prezident kimi sizin bu məsələlərə münasibətiniz bilmək maraqlı olardı.
- Mən hələ hakimlər haqda danışmamışdım. Bilirsiniz, hər birimiz insanıq, hakim də səhv edə bilər. Onların çatışmazlığı varsa, buna AFFA və PFL-dəki komissiyalar öz münasibətin bildirir. «Neftçi»nin oyunları ərəfəsində və sonra komandamız ətrafında ajiotaj yaradılırdı ki, guya bizi çempion etmək istəyirlər. Bizim təmsilçilər də buna cavab olaraq, elə fikirlər səsləndirdilər. Bir daha deyirəm, «Neftçi»nin gücü göz qabağındadır. Bizim kiminsə köməyinə ehtiyacımız yoxdur. Biz hakimlərdən qərəzsiz olmağı tələb edirik. Şəxsən mənim bir klub prezidenti kimi hakimlərdən şikayətim yoxdur. Qərarı verən hakimlər briqadasıdır, bizim nəsə deməyimizlə isə heç nə dəyişməyəcək.
- «Qarabağ» «Neftçi»də daxil olmaqla, «altılıq»dakı ev oyunlarını Quzanlıda keçirmək istəyir. Sizin bu məsələyə münasibətiniz necədir?
- İlk gündən demişəm ki, bizə müraciət olsa, orada oynayacağıq. Mənim bu məsələylə bağlı «Qarabağ» rəhbərliyi ilə söhbətim olub. «Neftçi» üçün səfər oyunlarını harada keçirmək önəmli deyil. Amma bu məsələ ətrafında söz-söhbətlər ona görə baş qaldırdı ki, «Qarabağ» yalnız «altılıq» oyunları ərəfəsində Quzanlıya getmək qərarı verdi. Quzanlı bizim sevdiyimiz bir yerdi və «Qarabağ»ın da orada oynamağa haqqı çatır.
- Hər halda, bununla bağlı rəsmi razılıq məktubunuzu PFL-ə göndərəcəksiniz?
- Bəli.
- Millimiz iki gün öncə Belçikaya 1:4 hesabı ilə uduzdu. Həmin qarşılaşmada «Neftçi» futbolçularının sərgilədiyi oyun haqda fikirləriniz necədir?
- Oyunu televiziya vasitəsilə izlədim. Özünüz bilirsiniz ki, Belçika qrupun ən güclü komandalarından biridir. Birinci hissədə komandamızın oyunu xoşuma gəldi. Həm «Neftçi»nin, həm də millinin digər futbolçuları özlərini yaxşı tərəfdən göstərdilər. Buraxılan ikinci qoldan sonra isə futbolçular özlərini itirdilər. Mən Belçikada sensasiya olacağını gözləmirdim. Amma 1:4 hesablı məğlubiyyət də ədalətli nəticə deyil.
- «Xəzər Lənkəran»la kubok oyunundan sonra «Neftçi»nin kapitanı Rail Məlikov klubun formasını yerə çarpdı. Bununla bağlı futbolçuyla söhbətiniz olub?
- Bəli. Özünüz bilirsinin ki, «Neftçi»də intizam baxımından da çox güclü işlər gedir. Həmin matç çox gərgin keçdi. Rail formanı o məqsədli yerə atmayıb. Sadəcə, o, bir kapitan kimi, uduzmağı həzm edə bilmirdi. Özü dedi ki, formanı yerə çarpmayıb, əlindən yerə düşüb. Düzdür, idmançı məğlubiyyəti həzm edə bilmir. Amma bu, heç kimə əsas vermir ki, təmsil etdiyi klubun formasını yerə çarpsın. Rail dedi ki, hərəkətinə görə üzr istəyir. O, həyəcanlı olduğuna görə, hərəkətlərinə fikir vermirdi. Onu da başa düşmək olar. Amma yenə də deyirəm, mən belə şeylərə haqq qazandırmıram. Railin hərəkətini isə kluba hörmətsizlik kimi qiymətləndirmirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi