“Nəticəyə hamımız inanmışdıq. Rəqib güclü olsa da, burdan yaxşı nəticə ilə ayrıla biləcəyimizə inanırdıq. Oyunumuz hesab 1:1 olana kimi yaxşı gedirdi. Ancaq qapımıza təyin edilən penalti, arxasınca ilk hissənin uzatma dəqiqəsində buraxdığımız qol oyunun taleyini həll etdi. Elə-belə səhvlərdən qol buraxdıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov “Avro-2012”nin seçmə mərhələsində dünən Belçikaya qarşı keçirilmiş oyundan sonra deyib.
“Belə rəqiblərlə başabaş oynamaq, nəticə qazanmaq istəyirsənsə, gərək belə qollar buraxmayasan. Ancaq təəssüflər olsun ki, belə səhvlərə buraxdıq. Buraxdığımız qollara baxsaq, bunlar çətin deyildi. Bəlkə 3-ü qolu fərqləndirmək olar. Ancaq qalan qollar asan idi. Biri sıçrayan top, biri penalti. Penalti epizodunda hakim dərhal fitini səsləndirmədi, mübarizəyə imkan verdi. Diqqət baxsanız, görərsiniz ki, rəqib qolu vura bilmir, biz boş qapıdan top çıxardırıq. Üstündən keçəndən sonra baş hakim penalti nöqtəsini göstərir. Fikrimcə, ilk qolda da cərimə zərbəsi yox idi. Ancaq baş hakim bunu təyin etdi və həmin epizod qolla nəticələndi. Başqa belə epizodlar da vardı. Mən Belçika yığmasının qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq elə epizodlar oldu ki, onda hakimin təsiri var idi” – deyə o vurğulayıb.
“Sizcə, hakimlik nəticəyə çoxmu təsir etdi” sualına ca vab olaraq Sadıqov bildirib: “Ümumiyyətlə, mən həmişə belə beynəlxalq səviyyəli oyunlarda obyektiv hakimlik görmüşəm. Yalnız 2007-ci ildə səfərdə Finlandiya yığmasına 1:2 hesabı ilə uduzduğumuz rəsmi oyunda 2-ci qolda hakim səhvi olmuşdu. Yəni rəqibin qayda pozuntusu etdiyi halda, baş hakim bunu qərar verməmişdi. Ancaq başqa səhv epizodlarla rastlaşmamışdım. Belçika ilə oyunda hər mübarizə epizodunda baş hakim onların tərəfində idi. Yenə deyirəm ki, hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Ancaq bu da oyunumuza, bəzi epizodlara çox təsir göstərdi”.
R.Sadıqov bildirib ki, millimiz bundan sonra qrupdakı 6 oyundan 4-nü evdə oynayacaq: “Bu da bizim üstün cəhətimiz olacaq. Mən elə fikirləşirəm ki, seçmə mərhələnin ən vacib oyunu növbəti görüşümüz – Qazaxıstanla səfər matçımız olacaq. Çünki orada bizdən qələbəni çox gözləyəcəklər. Bəlkə dünənki məğlubiyyətləri bizə bağışladılar. Ancaq bilirəm ki, Qazaxıstanda məğlubiyyət birmənalı qarşılanmayacaq. Orada bizim üçün asan olmayacaq, rəqib də bizimlə bərabər səviyyədədir. Buna görə də Belçikaya məğlubiyyəti tez unudub, Qazaxıstan və Almaniya ilə oyunlara yaxşı hazırlaşmaq lazımdır”.
R.Sadıqov azərbaycanlı azarkeşləri məyus etdikləri üçün üzüldüyünü deyib? “Bilirdim ki, bir çox azarkeş televiziya qarşısında oyunumuzu izləyir. Bir kapitan kimi hamısından üzr istəyirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda onların etimadını doğruldaq. Bilirdim ki, Türkiyə üzərində qələbəmizdən sonra bizə inanırdılar. Fikirləşirdilər ki, yenə nəsə edə bilərik. Biz də iddialı danışmışdıq. Mən ilk dəfədir ki, karyeramda iddialı danışmışdım. Burada yaxşı nəticə qazanacağımızla bağlı komandaya inanmışdım. Ancaq alınmadı. Qarşıdakı oyunlarda bu məğlubiyyətlərin əvəzini çıxmağa çalışacağıq”.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi