İtaliyalı mütəxəssis Klaudio Ranyeri karyerasını bitirmək qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə hazırda onun çalışdırdığı "Kalyari" klubunun mətbuat xidməti məlumat yayıb.
A seriyasının son turunda "Fiorentina" ilə keçiriləcək görüş 72 yaşlı Ranyerinin məşqçi kimi son oyunu olacaq. O, bununla bağlı açıqlamasında deyib: "Mən ayrılmaq qərarına gəldim və bu, düzgün qərardır. Bunu istəksizcə edirəm, çünki çətin və ağrılı bir qərar idi, amma bunun doğru olduğunu düşünürəm".
Qeyd edək ki, Ranyeri "Napoli", "Fiorentina", "Atletiko", "Lester", "Çelsi", "Valensiya" "Roma", "İnter", "Sampdoriya", "Monako", "Nant", "Fulhem", "Uotford" klubunu da çalışdırıb. O, “Lester”in baş məşqçisi olarkən komandası 2015/2016 mövsümündə İngiltərə çempionu olub. Ranyeri “Fiorentina”nı ilə İtaliya kubokunun qalibi olub. O, həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü