Milli komandamızın baş məşqçisi Berti Foqts sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Belçika ilə oyun öncəsi mətbuat konfransı keçirib. O, hazırlıq prosesinin gedişatı və qarşılaşma ilə bağlı fikirlərini bildirib.
- Artıq doqquz gündü hazırlıq keçirik. Bütövlükdə hazırlıqlardan razıyam. İlk günlərdə fiziki hazırlıqlar daha çox vaxt aparırdı. Komandadakı hazırkı vəziyyət müsbətdi. Ümid edirəm ki, biz məşqlərdəki əziyyətimizin bəhrəsini meydanda da görəcəyik. Qarşıdakı oyunu səbrsizliklə gözləyirik. Bir neçə gün öncə belçikalılar Avstriya ilə səfər oyununda yaxşı oyun göstərdilər, qələbə qazandılar. Buna baxmayaraq, biz onlara qarşı oynamağa hazırıq.
- Elnur Allahverdiyevin yoxluğu komandamızın çıxışına təsir etməyəcək ki?
- Elnur yaxşı oyunçudu. Zədə səbəbindən o bu oyunda iştirak edə bilməyəcək. İtkilərdən danışmağı sevmirəm. Onun əvəzində başqası oynayacaq. Onu geri qaytarmağımızın da səbəbini başa düşməlisiz. Elnur “Xəzər Lənkəran”ın oyunçusudu və orda əmək haqqı alır. Onu klubunun həkimləri yoxlamalıdı.
- Türkiyə üzərində qələbə qazanmışdıq. İndi növbədə Belçikanın olduğunu demək olar?
- Əgər Belçikaya qalib gəlsək, bu, tam fərqli olacaq. Çünki həmin görüşdən fərqli bu oyun səfərdə olacaq. Bizim üçün çox çətin olacaq. Axı, belçikalılar Vyanada Avstriya üzərindəki qələbədən sonra böyük ruh yüksəkliyinə malikdi. Çalışacağıq ki, onlar bizə qarşı öz oyunlarını göstərə bilməsinlər. Bildiyiniz kimi, mən Belçikadan heç də uzaqda olmayan Münhenqladbaxda yaşayıram və bu komandanı yaxşı tanıyıram. Rəqibdən hansısa sürpriz gözləmirəm.
- Rəqibin baş məşqçisi Jorj Leekenslə yaxşı tanışsız?
- Biz birgə Cənubi Afrikada olmuşuq. Mən onun işini yaxından izləmişəm, uğuruna sevinmişəm.
- Belçikalıların bir neçə əsas heyət oyunçusu bizimlə qarşılaşmada forma geyə bilməyəcək. Bu, futbolçularımızı arxayınlaşdıra bilməz ki?
- Belə oyunlarda onları xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Futbolçular özləri başa düşməlidilər ki, onları bütün Avropa izləyəcək. Onlar özlərini göstərməyə borcludular. Fellaini, Kompani və ya başqa futbolçuların olmamasını üstünlük kimi dəyərləndirə bilmərik. Çünki onları başqaları əvəzləyəcək. Belə şeylərə görə qətiyyən arxayınlaşmaq olmaz.
- Belçikanın Vyanadakı qələbəsi sizin üçün sürpriz oldu?
- Almaniyanın Brüsseldəki qələbəsi mənim üçün sürpriz olmuşdu. Belçika təkcə Avstriyanı yox, Türkiyəni də məğlub edə bilərdi. Belçikalılar çox güclüdü və bu, normaldı. Avstriyada buraxdığımız səhvləri bu dəfə təkrarlamamalıyıq. Həmçinin Almaniyadakı kimi əlavə vaxtda qol buraxmamalıyıq. Səhvlər oyundan oyuna azalmalıdı.
- Bu oyunda da müdafiədə oturacağıq?
- Xeyr. Unutmayın ki, bu seçmə tsikldə Almaniya yığmasına yeganə qolu biz vurmuşuq.
- Azarkeşlər sizi müdafiəyəmeylli oyuna görə çox tənqid edirlər...
- Əgər rəqib imkan versə, hücum futbolu sərgilərik. Ola bilsin ki, azarkeşlər xarici çempionatlara baxarkən necə sürətli hücum futbolu oynanılmasının şahidi olurlar. Avropada sürətli oyuna üstünlük verirlər. Biz isə sadəcə rəqibin imkan verəcəyi dərəcədə oynaya bilirik. Səviyyə fərqi sözünü deyir. Biz öz oyunumuzu göstərə bilmirik (azerisport.com).
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi