"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
– Futbolçularımı təbrik edirəm. Rəqib yaxşı oyun göstərdi. Azarkeşlərə təşəkkür edirəm ki, soyuqda matçı izlədilər.
– Bizim baş məşqçilər xarici səfərlərə gedir. Bu gün Azərbaycanda bir nömrəli məşqçi sizsiniz. Maraqlıdır, kimlərsə xaricdən sizin yanınızda təcrübə keçmək istəyən olub?
– Xaricdən gələnlər olub. Rusiya, Qazaxıstan, Polşa və s. Klub olaraq buna sevindik. Biz də gedib xaricdə öyrənirik. Bizimlə də belə görüşlər keçirəndə şad oluruq. Kim nə vaxt gəlmək istəsə, qapımız onlara açıqdır. Amma özüm də axtarışdayam.
– AFFA İcraiyyə Komitəsinin iclasından sonra infrastruktur problemindən söz açmışdınız. İnfrasturukturu formalaşdırmaq üçün nə qədər müddət lazımdır?
– Vaxt demək düzgün çıxmaz. Amma klublarımız böyüsə, stabil sponsorlar olsa, çox vaxt lazım deyil. Bizim bazamızın hazır vəziyyətə gəlməsinə maksimum 2 il müddət getdi. Yaxşı istək olsa və başa düşərək işə yanaşsan, vaxt çox getməz. Futbolun inkişafı üçün birinci amil infrasturuktur olmalıdır.
– Mayın 5-də klubun sosial mediasında paylaşım olmuşdu. “Tezliklə” başlığı qeyd olunurdu. Bu barədə müxtəlif müzakirələr getdi. İddialar var ki, yeni müqavilə imzalamısınız. “Qarabağ”la müqaviləniz bitib?
– Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur.
– Portuqaliya mətbuatı Andredeyə təklif olduğunu yazıb.
– Bizdə bu haqda məlumat yoxdur.
– Legionerlərin daha yüksək liqaya getmək istəyənlər var?
– Qərar vermək asandır. Çox hissəsinin müqaviləsi var. Hansı oyunçu klubdan getmək istəsə, mütləq qarşılıqlı razılıq olmalıdır. Bu, mənim üçün asan olan tərəfdir. Hazırda hər hansı futbolçu ilə danışıq olmayıb. Hamı bu komandaya hörmətlə yanaşır. Ola bilər kimlərləsə danışıq olsun. Çalışacağıq ki, klub üçün fatdalı olsun.
– Son iki turda əsas oyunlarda VAR hakimləri əcnəbi olacaq. Buna ehtiyac var idi?
– Bunu heç xoş qarşılamadım. Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə yaxşı olar. Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu yaxşıdır. Demək güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək çempionat üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır.
– Bu işdə hakimlər günahkardılar?
– Bəli. Onlar ha çox aktiv olmalıdırlar.
– “Bayer”ə qələbələr arzu etmişdiniz…
– Hər arzum belə həyata keçsəydi… Hər oyundan əvvəl rəqibə uğur arzulayırıq. Bu gün də rəqiblərimizə uğurlar. Belə hallar olur. Amma onlar sanki çempionluğa layiqirlər. Öz işləri ilə məşğul olurlar. Hamısı istəkli, sadə, bacarıqlı və işgüzardır. Elə komandalar var ki, onlara qalibiyyət yaraşır. Finalda da onlara azarkeşlik edəcəyik.
– Danışıq apardığınız futbolçular var?
– Demək olar ki, hər mövqedə olan oyunçulara baxış keçiririk. Bəzən elə material əldə edirsən ki, ona yox deyə bilmirsən. Həm müdafiə, yarımmüdafiə və hücum xəttinə axtarış gedir. Hər zaman olduğu kimi indi də çətindir. Əsas kollektivi qoruyub saxlamaqdır. Bundan sonra bir neçə oyunçunu heyətimizə qatmaq istərdik (futbolpress.az).
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video