"Bərabər səviyyəli oyun getdi. Çoxlu hücum təşkil etsək də, son nöqtəni qoymaqda çətinlik çəkirdik".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 31-ci turunda bu gün "Səbail"ə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Mövsümün sonuna kimi bir az motivasiyanı yüksəldib, axıra qədər oynamaq vacibdir".
E.Baxşıyev bəzi mövqelərə yeni transferlər lazım olduğunu bildirib: "Yaxşı oyunçular var. Ad çəkməyəcəm. Hər bir komandaya əlavələr vacibdir. Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq".
Baş məşqçi ardıcıl məğlubiyyətlərə baxmayaraq, komandada psixoloji problemin olmadığını qeyd edib: "Çalışırıq ki, komandanın üzərində təzyiq olmasın. Bu gün məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil. Oyunçular meydanda çalışırlar. Ani diqqətsizlik nəticəsində qapımızda iki standart vəziyyətdən qol gördük. Bu da qaçılmazdır".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı