PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona"ya 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldiyi cavab oyununu şərh edib.
QOL.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, növbəti mərhələyə vəsiqə qazanmaqlarının klub üçün əla an olduğunu vurğulayıb: "Burada qalib gəlmək asan deyil, amma buna əmin idim. İlk, bugünkü oyundan əvvəl və hətta ilk qoldan sonra da eyni fikirdə idim. 13 ildir görmədiyim bir şeyi gördüm: bütün komanda bir yerdədir, hamı bir-biri üçün mübarizə aparır”.
Əl-Xelaifi daha sonra vurğulayıb: "PSJ TOP klubdur. Biz mümkün qədər irəli getmək üçün buradayıq. Əla oyun keçirdik. Bizi çox tənqid etdilər, amma biz yarımfinaldayıq. Eyni ruhda davam etmək istəyirik. Sakit qalmaq lazımdır. Çempionlar Liqası çox mürəkkəbdir, bütün detallar önəmlidir.
Luis Enrike? Matçdan əvvəl onunla danışdım. Ona dedim ki, mən bizim davam etməyimizi istəyirəm. Mən ona arxayınam. Azarkeşlərə də təşəkkür edirəm, çünki özümüzü evdə hiss etdik.
Çempionlar Liqasının yarımfinal mərhələsi çətin keçir. Biz yaxşı hazırlaşmaq istəyirik. Məşqçi Dortmund "Borussiya"sını yaxşı tanıyır”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu