Azərbaycan 1-ci Liqasında 20-ci turunda aprelin 4-ü keçirilən "İrəvan" - "Araz Saatlı" oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb. Sözügedən görüşün danışılmış matç olması ilə bağlı iddialar səsləndirilir.
QOL.az xəbər verir ki, məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib. O, “CBC Sport"a bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar:
"Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır. Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü. Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.
S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət olunub: “Əlbəttə ki, məsələrə araşdırılır. Araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər".
Əlavə edək ki, bir neçə gün əvvəl mediada “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyevin saxlanılmasına dair məlumat yayılıb. Onun mənimsəmədə ittiham edildiyi iddia olunur.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı