"Belə oyundan sonra danışmaq çox çətindir. İki fərqli hissə izlədik. İlk yarıda bəsit qollar buraxdıq. İkinci hissədə komanda həm xarakter göstərdi, həm də oyunla "Kəpəz"i sıxmağa başladı. 4 dəqiqə əlavə olunan matçda son dəqiqədə qol buraxmaq çox ağırdır".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"lə 3:3 hesablı heç-heçə etdikləri matçdan sonra deyib.
O, görüşdəki hakim qərarlarından razı qaldığını bildirib: "Hakimlər oyunu ideal idarə etdi. Sadəcə vaxt çox artırdı. Qırmızı vərəqəyə baxılmasını çox istəyərdim. Sonda buraxdığımız qol hər şeyin üstündən xətt çəkdi. Futbolun iki üzü var. Kim deyirsə ki, "Səbail"ə hakimlərin simpatiyası var, yanlışdır. Kiminsə musiqisinə oynamağa çalışmayın. Növbəti oyuna hazırlaşmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. İkinci hissədən tam razı qaldım".
Mütəxəssis komandaının avrokuboklara vəsiqə qazanmaq şansının azalması barədə bunları söyləyib: "Komanda o vəziyyətdə deyil ki, udmaq qabiliyyəti olmasın. Hər rəqiblə başabaş mübarizə aparıb qələbə qazanmaq şansımız var. Futbolçular, rəhbərlik və mən bir gəmidə gedirik. Gəminin də kapitanı mənəm. Kapitan inanmırsa, gəmini sürməyə dəyməz. İnanıram. Qarşıda 6 tur var. Biz "bitdi" demədən bitməyəcək. Qarşımıza qoyulan məqsəd ilk 6-lıqda olmaq idi. İndi Avropa zonasına yaxın olduğumuz üçün vuruşuruq. Düşməsək də, dünyanın sonu deyil".
Ş.Diniyev komandasının adətən matçların ikinci hissələrində daha yaxşı oynamasına da toxunub: "Futbolçular istəyirlər ki, tez qol vursunlar. Buna görə təzyiq yaranır. Komandanın funksional hazırlığı yüksək səviyyədədir. İkinci hissədə itiriləsi heç nə yoxdur deyə komanda dəyişir".
O, futbolçusu Adi Mehremiçin 90+2-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı epizodu bu cür dəyərləndirib: "Dava edənlərin ikisinə də qulaq assan, ikisi də düzdür. Deyə bilmərəm ki, hakim səhvdir, yoxsa Mehremiç. Bunu hər ikisinin vicdanına buraxıram".
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu