Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçı - “Əl-Hilal” və “Əl-Nəsr” komandalarının görüşündə qalmaqal baş verib.
QOL.az xəbər verir ki, 86-cı dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo rəqibə dirsəklə zərbə vurduğuna görə birbaşa qırmızı vərəqə alıb. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını yerə atıb. O, meydanı tərk edərkən hakimi alqışlayıb və azarkeşləri də buna səsləyib.
“Əl-Nəsr”in baş məşqçisi Luiş Kaştru oyundan sonra keçirilən mətbuat konfransında bu epizod haqda danışarkən deyib: “Kriştiano ilə təmasdan istifadə edən rəqib sifətinə vurulan zərbədən şikayətlənib. Mən təkrara baxdım. Futbolçunun üzünə toxunma olmayıb. Fikrimcə, hakim rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi”.
“Əl-Hilal”ın portuqaliyalı baş məşqçisi Jorze Jezuş isə həmyerlisi Ronaldonun qırmızı vərəqə almasına belə münasibət bildirib: “Ronaldo dünyanın ən vacib oyunçularından biridir və çoxlarına nümunədir. Lakin o, uduzmağı sevmir. Ona görə də uduzanda başını, oyuna diqqətini itirir”.
Qeyd edək ki, “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə onlar “Əl-İttihad”la qarşılaşacaqlar.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"