"İlk qolu çox tez buraxdıq. Sonra yenidən oyuna qayıtmaq çox çətin olur. Təəssüf ki, hesabı bərabərləşdirməyi bacarmadıq. İkinci hissədə daha yaxşı oynadıq. Bu da anlaşılandır. Çünki "Qarabağ" üç qol vurmuşdu, daha rahat oynadılar".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"a qarşı keçirilmiş ilk görüşündən sonra mətbuat konfransında deyib.
- Müqavilə imzaladığınız vaxtda qarşınıza ikinci yer və ölkə kubokunu qazanmaq məqsədi qoyulmuşdu. Necə olacaq? Komandanın oyununda irəliləyiş yoxdur, azarkeşlər də matçınızı boykot edib...
- Niyə belə həyəcanlısınız? Bundan məmnunsunuz? Sanki uduzduğumuza görə məmnunsunuz. Bizim məğlubiyyətimizə görə həyatnızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi ikinci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm.
- "Neftçi" evdə oynasa da, sanki "Qarabağ" ev görüşünə çıxmışdı. Bu vəziyyətə görə özünüzü nə dərəcədə günahkar hesab edirsiniz?
- Burada 2.5 aydır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Bu sual mənə deyil. Azarkeşlər olduğu halda, komanda daha yaxşı rahat oynaya bilərdi. Fakt odur ki, biz özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik.
- Çemodanınız hazırdır?
- Sizin üçün nə fərqi? Bununla sizin həyatınızda nə dəyişəcək? Mənim öz həyatım var. Rəhbərlik qərar versə, məni işdən çıxaracaq. Siz isə eyni şəkildə kiçik jurnalist kimi qalacaqsınız.
- Emin Mahmudovun start heyətində yer almaması nə ilə əlaqədar idi?
- Emində zədə var idi. Risk etmək istəmirdik. İstər-istəməz çempionat bizim üçün çox önəmlidir. Onu "Sumqayıt"la oyun üçün saxlamaq istəyirdik. Fikirləşirdik ki, böyük mübarizə olacaq.
- Təsəvvür edək ki, yeni mövsümdə də "Neftçi"nin baş məşqçisisiniz. Nələr edilməlidir ki, "Qarabağ"la bu qədər səviyyə fərqi görünməsin?
- Mövsümöncəsi yaxşı hazırlaşmaq önəmlidir. Komandanı gücləndirmək lazımdır. "Qarabağ"la mübarizə aparmaq çətindir. "Neftçi"nin uğurları olacaq. Amma bilmirəm mənimlə olacaq, ya yox. "Neftçi" əvvəl kimi güclü olacaq. İnanıram. (sportal.az)
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi