“Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında daim uğur qazanıblar. Ölkə Prezidentimizin siyasəti nəticəsində idmanda da uğurlar əldə etmişik. Futbolda da irəliləmək üçün böyük imkanlar mövcuddur. Birlikdə çalışmalıyıq”.
QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf deyib.
O bildirib ki, futbol meydandan kənarda da oynanılır: “AFFA, federasiyalar, media, sponsorlar, hamımız əl-ələ verib, Azərbaycan futbolunu daha da yüksəklərə qaldırmalıyıq. Öncə hədəflərimizi müəyyənləşdirməliyik. Qısa müddətdə yeni strategiyanı hazırlayacağıq. Biz hər an bilməliyik ki, düz yoldayıq, qoyduğumuz məqsədə çata biləcəyik? Strategiya ilə hədəflərə çatacağımıza inanıram”.
O, uşaq futbolunun inkişafına böyük diqqət ayrılacağını söyləyib: “Gənc istedadları müəyyənləşdirib, onların millidə uğurlu çıxışlarına töhfə verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlaşmasına nail olmalıyıq. Avrokuboklarda gördüyümüz azarkeş sayının çempionatımızda da görmək istəyirik. Azarkeşlərlə, sponsorlarla, teleyayım şirkətlərlə işləyərək buna nail ola bilərik. Teleyayım keyfiyyətinin inkişafının artırılması önəmlidir”.
Qadın futbolunun inkişafı üçün də çalışacaqlarını qeyd edən R.Nəcəf ölkəmizdə futbola böyük maraq olduğunu bildirib: “Uğurlu çıxışların davamlı olması üçün hər bir şəraiti təqdim edəcəyik. Ölkəmizdə futbola maraq böyükdür. Amma bu marağı stadiona gələn azarkeşlərin sayında görmək istəyərdik. Futbolla məşğul olanların sayının artmasında görmək istəyərdik. Bir günün işi deyil. Zəhmət, zaman tələb edir. Hamımızın fəxr və qürurla qeyd etdiyi klub uğurlarımız zaman və səbrdən irəli gəlir. Millimizin 113-cü yerdə olması heç birimizi qane etmir. Ümid edirik ki, bütün qurumlarla çalışaraq hədəflərə nail olacağıq. Etimada görə təşəkkür edirəm”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?