Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib.
QOL.az xəbər verir ki, konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilib.
Toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəhbəri Xalid Cavadov, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı, FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov çıxış ediblər.
Sonra seçki keçirilib. Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçilib. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olub.
Bundan başqa konfransda AFFA İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. İK yeni üzvlləri aşağıda adları qeyd edilən şəxslər olub (alnernativ namizədlər yoxdur):
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf də İK-də təmsil olunacaq.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?