«Neftçi»nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- «Neftçi»nin son turdakı nəticələri və «altılıq» oyunları barədə nə deyə billərsiz?
- «Neftçi» “altılığ”a qədər olan mərhələni birinci yerdə başa vurdu.Ancaq bununla işləri bitmiş saymaq olmaz. Çünki həlledici oyunlar hələ bundan sonra başlayır. Bu dönəmdə klublar ancaq nəticəyə önəm verir. Qazanılan üç xal hər bir klub üçün növbəti oyunlara uğurlu bir addımdı. Biz də çempionluğa iddialı bir komanda olaraq “altılığ”ın hər bir oyununda sırf üç xala köklənmişik. “Bakı” ilə son oyundakı taktikanı ancaq bir qol vurub, müdafiəni qorumaq üçün qurmuşduq. Bunu da bacardıq.
- “Bakı” həmin oyunda hakim idarəçiliyindən narazı qaldı. Konkret qayda pozuntusu olduğu halda «Neftçi»nin qapısına penalti təyin edilmədiyi bildirilir.
- Fikrimcə, bu, biz məşqçilərin işi deyil. Mən bu cür məsələlərdə yalnız Mirça Rednikin fikirlərinə qarşılıq olaraq reaksiya verirəm. Birdə ki, Premyer Liqa oyunlarında bizə də, başqalarına qarşı da belə hallar olub. Bunu bütün klub rəsmiləri normal qarşılamalıdır. Zənnimcə bizim kimi, hakimlər də insandı, səhv edə bilərlər.
- «Neftçi»nin kubok matçında “Xəzər Lənkəran”a uduzması klub ətrafında müəyyən söhbətlər yaratdı. “Bakı” ilə oyundakı qələbə bunu az da olsa unutdura bildi?
- Biz hər iki cəbhədə nəticə üçün oynamağa çalışırdıq. Ancaq bunu da başa düşmək lazımdı ki, hər iki cəbhədə nəticə qazanmaq bir qədər çətindi. Təcrübə göstərib ki, həm kubok, həm də çempionluğa oynayanda klub bəzən, hər iki istəyinə nail ola bilmir. Kubokda uduzmağımıza görə də üzülmürük. Bundan sonra işimiz ancaq çempionluğu qazanmaq olacaq.
- Bu yolda ən güclü rəqib kimi görürsüz?
- Hamı “Xəzər Lənkəran”ı deyir. Ancaq mən, cənub təmsilçisiylə bərabər “Qarabağ”ı da çox təhlükəli rəqib sayıram. Xüsusən onların ardıcıl səkkiz oyunda qələbə qazanmasgı çox ciddi siqnaldı. Eyni zamanda burda hamı bir-biri ilə görüşəcək deyə, heç kimi siyahıdan silmək lazım deyil.
- Emil Mpenzanın olmaması hücumda boşluq yaradır. Bu boşluğu necə doldurursuz?
- Düzdü, bu baxımdan müəyyən problem var. Bu, oyun zamanı hiss olunmur. Bu mənada Mpenzanın yoxluğu bizi riskə getməyə məcbur edir. Həmin boşluğu Flavinyonu irəlidə oynatmaqla doldururam.
- “Neftçi”nin “B” komandasının yaradılması nəyə xidmət edir?
- Bu təcrübəni ilk dəfə biz tətbiq etməklə ən yaxşı oynayan yerli oyunçuları tez bir vaxtda “A” komandaya cəlb etmək istəyirik. Bu baxımdan yetişməkdə olan gənc nəsil bu qayğını hiss etməlidi. Klub rəhbərliyi parlamaqda olan gəncləri vaxtında əsas komandada oynaması üçün məhz bu komandanı yaradıb. “Flaqman” olaraq bu işin inkişafına çalışacağıq.
- “Neftçi”nin çempion olmasına nə mane ola bilər?
- Ancaq və ancaq özümüz. Çünki hər bir klub nəticə verməyəndə özünü günahkar bilməlidi. Başqa məqamlara gəlincə, düzdü, hakimlikdə müəyyən səhvlər olur, nəticəyə təsir edir. Ancaq hamı kimi hakimlər də səhvdən sığortalanmayıb.
- “Altılıq”dakı digər komandalarla müqayisədə xal fərqinin elə də böyük olmaması sizi qorxutmur?
- Düzdü, xal fərqi azdı, elə çempionatlar olur ki, mövsümün sonuna yaxın lider komandalar özündən sonrakıları 10-15 xal qabaqlayır. Bu da onların digər matçlarına böyük stimul verir. Buna rəğmən biz bu azacıq üstünlüyü axıra kim qoruyub saxlamaq və daha da gücləndirməyi düşünürük.
- Rodriqinyo “Neftçi”nin qış transfer pəncərəsində ən səs-küylü transferi oldu. Ancaq o, oyunlarda hələ ki, özünü yaxşı tərəfdən göstərə bilmir.
- Bilirsiniz, onun uyğunlaşma problemi var. Axır vaxtlar fikir verirsinzisə, Rodriqinyo yavaş-yavaş əsas heyətin oyunçusuna çevrilir. Tam uyğunlaşandan sonra 90 dəqiqə meydanda olacaq. Digər tərəfdən, onun mövqeyində ulduz parlamır. Məsələn, Bahadır Nəsimov hücumda qol vurub fərqlənir, yadda qalır. Ancaq braziliyalıda əksinədi, o mövqedə daha çox “qara oyun” üçün biruzə verir.
- Necə düşünürsüz, bəlkə “Neftçi” “Xəzər Lənkəran”a baxanda lazımi qədər legioner transfer edə bilmədi?
- Bizim dəsti-xəttimiz aydındı. Biz əcnəbilərə o qədər üstünlük vermirik. Həm də biz bu siyasətlə gəlmə oyunçulara bizim futbolumuzu tanıdırıq. Cənub təmsilçisi isə əksinə, qış fasiləsində birdən-birə heyətin əksər hissəsin buraxdı və yerini digər legionerlərlə doldurdu. Təbii ki, bu onların öz yoludu. Ancaq bu məsələdə mən uduzduğumuzu düşünmürəm.
- “Altılığ”ın mühüm oyunlarının hələ irəlidə olduğunu nəzərə alsaq, milliyə gedən oyunçuların zədələnməsindən narahat deyilsiz?
- Biz yerli oyunçulara üstünlük veririksə, deməli əsas yığma üçün çalışırıq. Əgər siz dediyiniz halları düşünsəydik, Azərbaycan futbolunun inkişafına verdiyimiz töhfədən danışmazdıq. Çalışacağıq, həm milli komandada, həm də çempionatda adımızdan söz etdirək.
- Bildiyimizə görə, Mahir Şükürov Berti Foqtsun xahişi ilə sizin düşərgədə məşq edir.Yerli oyunçulara üstünlük verən “ar-qaralar” gələcəkdə onu heyətində görmək istəyir? Çünki onun “Anji”də işləri elə də yaxşı getmir.
- Mahir yaxşı futbolçudu. Sadəcə zədə onu geri salıb. Heyətdə onu görməyimizə gəlincə, elə bir fikrimiz yoxdu.
- Bu həftə “Xəzər-Lənkəran”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiz?
- Bu oyuna maraq hədsiz böyükdü. Bu baxımdan oyunun səfərdə olacağını nəzərə alsaq, matç ağır keçəcək. Çalışıb qələbə qazanacağıq. Çünki derbi bir matçdı.Bu oyunda qələbə böyük psixoloji üstünlük deməkdi. Qələbə qazansaq, bu, kubok uğursuzluğunu unutdurmağa kömək etmiş olacaq. Bu gün Lənkərana yola düşürük. Oyuna hazırlığı orda davam etdirəcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi