"Sabahkı oyuna hazırıq. Bilirik ki, nəyisə düz etməsək, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq".
QOL.az xəbər verir ki, bu sözləri "Bayer"in futbolçusu Yosip Stanişiç UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib..
Almaniyalı müdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Biz rəqiblərimizin zəif olduğunu heç vaxt düşünməmişik. Bilirik ki, "Qarabağ" güclüdür. Bizi asan oyun gözləmir. Sabah əlimizdən gələni edəcəyik. İlk matç bizim üçün çox çətin keçdi. Onlar xüsusilə ilk hissədə güclü idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik".
Y.Stanişiç oyuna çox yaxşı hazırlaşdıqlarını da vurğulayıb: "Düzdür, əvvəlki matçlarda o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".
Xatırladaq ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı