“Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb, daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi mübarizə aparacağıq”.
QOL.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
“Qarabağ”ın zədəli və cəzalı futbolçuları barədə də danışan Qurban Qurbanovun sözlərinə görə, oyunun gedişatından asılı olaraq Kevin Medina da meydana çıxa bilər: “Təbii ki, ehtiyac yaransa, bu addımı atacağıq. Amma o, hələ də öz formasında deyil. Bu cür sürətli matçlarda əziyyət çəkə bilər. Digərlərinin də qayıtması isə əlavə üstünlükdür. İstənilən an bəzi rotasiyalar edə bilərik. Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik”.
Qeyd edəki, marın 14-də keçiriləcək “Bayer” - “Qarabağ “qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq. İlk görüş 2:2 hesabı ilə başa çatıb.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı