«Qəbələ» klubunun ingiltərəli baş məşqçisi Toni Adams Rusiyanın «Sovetski sport» qəzetinə müsahibə verib. Qol.Az saytı müsahibəni ixtisarla təqdim edir.
- Mən öz qiymətimi çox gözəl bilirəm. Amma onu da dərk edirəm ki, məşqçi kimi hələ çox şeyi öyrənməliyəm. İki il əvvəl qışda İtaliyaya gedərək Mourinyonun «İnter»i necə məşq etdirməsinə baxdım. O zaman Joze dedi: «Toni, mən məşqçi kimi səndən 15 il irəlidəyəm. Sən futbol oynayanda mən van Qal və Robsonla işləyir, hər həftə onlardan nəsə öyrənirdim». Bu, doğrudur. İngiltərə mətbuatının Azərbaycana getməyimə verdiyi reaksiya isə məni təəccübləndirmədi. İndi İngiltərədə çoxları hesab edir ki, mən ağılsızam. Əslində isə ağılsızlar İngiltərə Premyer Liqasında işləyən və hər iki dəqiqədən bir qovulanlardır.
- Bu qış Rud Qullit «Terek»lə müqavilə imzaladı. Bundan xəbəriniz var?
- Əlbəttə. Buna qətiyyən təəccüblənmədim. Hazırda Rusiya çempionatında işləmək maraqlıdır. Yəqin ki, bundan sonra daha maraqlı olacaq. Mən özüm də məmnuniyyətlə Rusiyada işləmək istəyirdim. Kim bilir, bəlkə bu, «Qəbələ»dən sonra mümkün olacaq.
- Qafqazda hörmətli qonaqları həm də spirtli içkiylə qonaq edirlər. Sizə bu bölgədə işləmək çətin deyil ki?
- Mənə bunu heç təklif etmirlər. Çünki hamı gözəl bilir ki, Toni Adams içəndən sonra necə dəhşətli ola bilər (gülür). Əslində, kimsə mənimlə qeyri-rəsmi vəziyyətdə söhbət etmək istəyirsə, çay içmək olar. Burada çay çox dadlıdır. Mən artıq son 14 ildir, spirtli heç nə içmirəm. Bu il isə mənim alkoqol və narkotikadan asılı olan idmançılar üçün yaratdığım reabilitasiya mərkəzinin 10 yaşı tamam olacaq. Mən bu layihəmlə fəxr edirəm.
- Toni Adamsdan Arşavin haqda soruşmaya bilmirəm. Onu bu mövsüm çox tənqid edirlər. Siz də hesab edirsiniz ki, Arşavin xeyli geriləyib?
- Siz nə danışırsınız! Arşavin bu gün mənim «Arsenal»da sevdiyim ən yaxşı futbolçulardandır. Mən onu superfutbolçu sayıram və əminəm ki, onun hazırkı komandasına daha çox xeyiri dəyəcək. Birdə ki, onun hələ 27 yaşı var.
- May ayında onun 30 yaşı tamam olacaq, Toni.
- Neçə?..
- 30. Sadəcə, onun sifətində uşaq cizgiləri var, bu isə çoxlarını yanıldır.
- Bütün hallarda, bu, tənqid olunası yaş deyil. Görəcəksiniz, Arşavin «Arsenal»da hələ xeyli yaxşı oyun keçirəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi