"Bir oyunda 20 qol imkanımız olur" - "Zirə"nin futbolçusu

"Bir oyunda 20 qol imkanımız olur" - "Zirə"nin futbolçusu
ÖLKƏ FUTBOLU 11 Mart 2024 / 13:49 1307
-  A +

“Zirə”nin oyunçusu Abbas İbrahim Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

QOL.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb:

“Güclü rəqibə qarşı çətin oyun keçirdik. "Qarabağ" “Bayer”ə qarşı yaxşı oynadı. Bugünki oyunda da yaxşı durumda idilər. Onlara qarşı xeyli fürsətlərimiz oldu. Lakin futbolda belə hallar olur. Bəzən fürsətlər yarada bilirsən, amma reallaşdırmada çətinliklər çəkirsən. Rəqib isə öz fürsətlərindən istifadə edə bildi. Bu futboldur, həmişə istədiyin alınmır. İndi fikrimizi “Kəpəz”lə oyuna yönəldirik”. 

O, Misli Premyer Liqasının 27-ci turunda “Kəpəz”ə qarşı keçirləcəkləri oyundan gözləntilərindən də danışıb: “Kəpəz”lə oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var. Bizim üçün bütün oyunlar eynidir. Hər matçda hədəfimiz qələbə qazanmaqdır. Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. İnşallah, alınar”. 

26 yaşlı futbolçu komandasının bu mövsüm rəqiblərə nisbətən az qol vurması ilə bağlı sualı da cavablandırıb: “Düşünürəm ki, həmişə hər şey qoldan asılı deyil. Yaratdığımız fürsətlər də komandanın göstəricisi ola bilər. Oyunlarımıza baxanda görmək olur ki, çoxlu fürsətlər yaradırıq. Bir oyuna hardasa 20 qol imkanımız olur. Hamı bunu görə bilir. Lakin bəzən qol vurmağa bəxtimiz gətirmir. Düşünürəm ki, son iki matçda yaxşı oyun nümayiş etdirdik, qol fürsətlərimiz də oldu. İndi isə gələcək oyunlara köklənirik”. 

O, bu cür nəticələrin heç bir problemlə əlaqədər olmadığını da qeyd edib: “Mənə görə, heç bir problem yoxdur. Bu futboldur. Bəzən səhvlər edirsən, vəssalam. Fikrimcə, yaxşı oyun nümayiş etdirə bilirik. Sadəcə bəzi səhvlərə görə qələbə qazana bilmirik. Başqa heç bir problem görmürəm”. 

A.İbrahim öz oyununu da şərh edib: “Sonda 8 dəqiqə oynasam da, əlimdən gələni etməyə çalışdım. Komandama daha da təkan vermək istəyirdim. Düşünürəm ki, normal oynadım".

Cavad Musayev


Son xəbərlər
topaz banner