"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana İspaniyanın "Canarias 7" nəşrinə müsahibə verib
QOL.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunda çıxış etdiyi vaxtları da xatırlayıb.
O, "Qarabağ"da hər şeydən razı qaldığını bildirib: "Qarabağ"ın bütün üzvlərinə minnətdaram, bu kluba təşəkkürüm sonsuzdur. Klub çox düzgün idarə olunur. Mən orada hər oyuna görə bütün bonusları almışam. Maaş problemi yox idi. Çünki onlar müasirdir və imkanlar inanılmazdır".
Qeyd edək ki, 37 yaşlı futbolçu 2015-2020-ci illərdə "Qarabağ"da çıxış edib. Azərbaycan klubunda 98 oyuna 33 qol vuran yarımmüdafiəçi 4 dəfə ölkə çempionluğunu, 2 dəfə kuboku qazanıb. Onun son klubu "UD Tamaratseit" (İspaniya) olub. Dani 2023-cü ilin yayında karyerasını başa vurub.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı