Filip Ozobiç Azərbaycan çempionatlarında ikinci het-trikə imza atıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, xorvat əsilli yarımmüdafiəçi iki fərqli klubda het-trik edən futbolçular siyahısına daxil olub.
Ozobiç bunu Misli Premyer Liqasının 26-cı turunda rəsmiləşdirib. “Neftçi”nin futbolçusu “Kəpəz”lə səfər matçında (3:3) üç qol vurub.
O, 2020/21 mövsümündə “Qarabağ”ın heyətində də belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də də səfərdə üç qol vuran Ozobiç indiki komandası “Neftçi”ni məyus edib. Həmin görüşdə də 6 qol qeydə alınsa da, bütün topları qonaqlar vurublar – 0:6.
“Qarabağ” və “Neftçi”də het-trikə imza atan Filip Azərbaycan çempionatının 21-ci əsrdə keçirilən oyunlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçudur. Ona qədər 9 oyunçu bunu bacarıb.
Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) hərəsi üç klubun heyətində belə məhsuldar matç keçirib. Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurub.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var