"Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz oldu. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, fasilədən sonra daha açıq oyun getdiyini bildirib: “Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüflər olsun ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik”.
Mütəxəssis yalnız kubok barədə düşünmədiklərini söyləyib: “Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir”.
R.Sadıqov qeyd edib ki, turnir cədvəlində komandalar arasında xal fərqini az olması onları basqı altında saxlayır: “Bu, həm də əlavə istəklə oynamağa vadar edir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra "Qarabağ"dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə, çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur”.
Sadıqov bu gün “Qarabağ”ın qapısına yol tapan Sezar Meza Kollinin çıxışına da toxunub: “Əslində bu gün onun oynamağını planlaşdırmırdıq. Sadəcə olaraq oyun elə getdi ki, düşündük 15-20 dəqiqə istifadə edək. Bir az riskli idi. Amma onun meydana girişi özünü doğrultdu. Meza Kollinin vaxta ehtiyacı var. Düşünürəm ki, qısa müddət ərzində öz formasını bərpa edər”.
Rəşad Sadıqov "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun AFFA prezidentliyinə namizəd olacağı barədə sualı belə cavablandırıb: “Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim. Mən məşqçiyəm. Oyunumuz, komandam haqda danışıram. Azərbaycan futboluna uğurlar arzulayıram, yeni prezidentimiz xeyirli olsun. Mənim bildiyimə görə, Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək”.
“Zirə”nin çalışdırıcısı ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini söyləyib: “Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki orada məğlub olacağını təqdirdə Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdır. Məsələn, "Turan Tovuz"la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 13 turdan sonra 2-ci yeri istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı sayılacaq”.
Rəşad Sadıqov "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırovun “hakimlər haqda danışan komandara simpatiya var” fikrinə də münasibət bildirib: “Düşünmürəm ki, Azər Bağırov bizi nəzərdə tutub. Əgər ad çəkilibsə, mənim fikir bildirməyim doğru olar. Bizim oyunlarda baş verən hakim səhvlərini hamı bilir. Bu da özünü turnir cədvəlində büruzə verir. Siz simpatiya hiss edirsiniz? Mən bilmirəm. Keçən oyunda 40-cı dəqiqədən azlıqda qaldıq. Hələ simpatiya hiss etməmişik. Heç bunu istəmirik də. Bizə azarkeşlərin simpatiyası lazımdır. Hakimlərin kiməsə simpatiyası olmağa ixtiyarı yoxdur. İstəmirəm ki, əvvəlki səhvlərə görə bu gün mənim xeyrimə səhvlər olsun. Ədalətli hakimlik olsun”.
Sonda o, "Qarabağ"ın "Bayer"lə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Şans hər zaman var. Təbii ki, rəqib güclüdür. Hamımız istəyirik ki, "Qarabağ" mərhələni keçsin. Mən inanıram ki, "Qarabağ" mərhələni keçəcək. Qurban Qurbanova, komandaya baxdıqda o inam gəlir. Türkiyə, Rusiya klubu olsa, deyərdim ki, şansları yoxdur. İnanıram ki, "Qarabağ" həmin gün ən uğurlu oyununu keçirib hamımızı sevindirəcək”.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi