"Azarkeşlərimizi, futbolçuları, rəhbərliyi təbrik edirəm. Mühüm oyun idi. "Araz-Naxçıvan" da, biz də yuxarıdan qopmaq istəmirdik. Stressli matç idi. Bəlkə də bu stress hücumda kəsərli olmağımıza mane olurdu".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 26-cı turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni belə şərh edib: "İlk hissədə rəqib yaxşı müdafiə olunurdu. Bir az çətinlik çəkirdik. İkinci hissədə dəyişikliklər etdik. Sona qədər öz şansımızı gözləyib tələsməmək lazım idi. Bu gün bunu gördüm. Üçüncü dövrə bitir. İtkilərimiz, zədələrimiz var. Bəzi oyunçular hazır deyillər. Bunların da təsiri olur".
A.Abbasov 2 dəqiqəyə dubl edən Aleks Souzanı start heyətdə yox, sonradan meydana daxil etməsinin səbəbini də də izah edib: "Aleks tam hazır deyil, zədəsi var idi. Keçən oyunda da risk etdik. Bu gün Xəyal da zədədən sonra oynadı. Özünü yaxşı göstərdi".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı