"Maraqlı oyun oldu. Biz tək futbol yox, həm də hakimlərə qarşı oynamalıyıq. Hər dəfə bizə qarşı eyni hallar təkrarlanır. Futbolçular da insandır, onlar da əsəbləşir. Hər şey bizim əleyhimizədir".
QOL.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 26-cı turunda bu gün “Turan Tovuz”la matçından sonra keçirilən mətbuat konfransında deyib.
0:2 hesablı məğlubiyyəti şərh edən mütəxəssis hakimlikdən narazı olduğunu bildirib: "Mövsümün əvvvəlində "Turan Tovuz", "Zirə" hakimlərlə bağlı danışdı. Amma biz susduq. VAR əsas hakimi çağırır. Çağırıbsa, deməli nəsə var. Amma baş hakim öz bildiyini edir. Yəqin ki, həmin hakimin qarşısına Allahın ədaləti çıxcaaq. Keçən dəfə dedik ki, Rəşad Əhmədov komandamızı çökdürür. Skamyada oturan 20 yaşlı uşaq da dözə bilmir.
Bu qədər hakimlər var. Rəşadı başqa oyuna göndərsinlər. Hisslərimizlə oynayır. Rəşadı görəndə artıq bilirəm ki, məğlub olmuşuq. Bir oyun deyil, "Sabah"la matçda VAR-da oturmuşdu, bu gün əsas hakim idi. Başqa planlarınız varsa, deyin. Komanda futbol oynayır. Cərimə meydançasında futbolçumuzu dirsəklə vururlar, hakim susur. Biz necə oynayaq? Deyin, işimizi bilək. VAR çağırır, Rəşad deyir ki, baxdım heç nə yoxdur. Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm. Sağolsunlar, yollarına davam etsinlər".
A.Bağırov əlavə edib ki, hakim haqsızlığı tək onlara qarşı olmur: "Mən hamının hörmətini saxlamışam. "Araz-Naxçıvan" yuxarıda ola bilməz. Mən belə görürəm. "Sabah"la oyunda Rəşad məni yıxıb-sürüyür. Yenidən bizim oyuna baş hakim kimi göndərirlər".
A.Bağırov komandasında eniş olduğunu da etiraf edib: "Düzdür, eniş var. Bəzi oyunçularda da yüksəliş var. Qış fasiləsində digər komandalar gücləndi, rotasiya imkanları artdı. "Səbail"lə oyunda rəqibin üç legioneri əvəzetmədən oyuna girir, tempi qaldırır. Bizdə də Ramin Nəsirli, İldar Ələkpərov meydana çıxır. Normal hallardır. Oyunçular zəifləyə bilər. Amma bəzi futbolçular da artırır".
Baş məşqçi istefa vermək ehtimalı ilə bağlı məsələyə də aydılıq gətirib: "İstefa barədə deyiriszə, mən çox rahat adamam. Bura öz əziyyətimlə gəlmişəm. Bu gün burdayıq, sabah başqa yerdə ola bilərik. Bu, futboldur. Amma futbolçularla aramızda heç bir problem yoxdur. Biz təslim olmamışıq, sadəcə olaraq bizi tərkisilah etdilər".
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi