"Oyundan əvvəl futbolçulara demişdim ki, çox ağır olacaq. "Qəbələ" çox yaxşı komandadır. Onlar turnir cədvəlində sonuncu pillədədirlər. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə iki oyun dalbadal qalib gəlmək asan deyil. Yenə də oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın yeni baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 26-cı turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandadakı dəyişikliklərdən danışıb: "Artıq 4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Çox şeyi dəyişmişdiyimizi deyə bilmərəm. İstəyirəm ki, orta xətt oyunçularımızdan biri daha çox irəli getsin. Bu, birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son iki məşqi buraxmışdı".
Mütəxəssis onun və komandasının qarşısına konkret hədəfin qoyulmadığını söyləyib: "Xeyr. Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü ikinci pillədə bitirək. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə başa vura biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir".
Krunoslav Renduliç "Sabah"a gəlməzdən əvvəl komandanın keçmiş çalışdırıcısı Jolke Sofiç və Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə əlaqə saxladığını bildirib: "Səmimi olmaq lazımdır. İlk olaraq Jolke Sopiçə zəng etdim. O, mənə klub haqda müsbət fikirlər söylədi. Təklif etdi ki, bu şansdan istifadə edim. Robert Prosineçkiyə də zəng etdim. Biz dostuq. O da çox yaxşı şeylər dedi".
Sonda o, "Əlinizdə olan heyətdən məmnunsuz? Komandadan gedəcək olanlar haqda fikirləriniz var" sualına cavab verib: "Bu, bir prosesdir. Hər transfer pəncərəsində istəyirsən ki, daha da inkişaf edəsən. Bütün dünyada belədir. Əlbəttə ki, yayda bəzi dəyişikliklər edəcəyik. Bizdə icarədə olan futbolçular var. Bəzilərinin müqaviləsi başa çatır".
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu