"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 26-cı turunda “Sabah”la oyundan (1:2) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, 56 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Komandamız yaxşı oynadı. İki çatışmayan məqamı qeyd edərdim. Hücumların sonluğunda bir az ustalıq və son zərbələr zamanı soyuqqanlılıq çatmır. Matçın 75 dəqiqəsindən sonra komandanı gücləndirə biləcək futbolçularla bağlı da çətinliyimiz var. Komanda çox yaxşı oynadı, pressinq etdi, qol vurdu. Oyunçulara irad tuta bilmərəm. Davit Volkovu tanıyıram. O, çox yüksək səviyyəli futbolçudur və ustalıq öz sözünü dedi. Həm “Qarabağ”, həm “Səbail”lə matçların birinci hissəsində də yaxşı oynamışdıq”.
Baş məşqçi qapıçı dəyişikliyi və komandanın mübarizəsindən də danışıb: “İki görüşdə 7 top buraxmışdıq. Digər qapıçımız var ki, ona şans verdik. Bu gün qolkiper kobud səhvlər etmədi. Yaxşı oynasaq da, xallar da toplamalıyıq. Uduzmağımız çox pisdir, buna yaxşı deyə bilmərəm. Sonadək mübarizə aparacağıq. Maksimum çalışacağıq. Komandanın tam müasir futbol oynadığını sübut edə bilərəm. Yaxşı kombinasiyalı, pressinqli oyun göstəririk. Çatışmayan xallardır ki, onları qazanmalıyıq”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı