FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək komandaların qismən siyahısını açıqlayıb.
QOL.az qurumun saytıns istinadən xəbər verir ki, turnir yenilənmiş formatda keçiriləcək. Yarışda 7 klub əvəzinə 32 komanda iştirak edəcək. Hazırda yeni formatlı turnirdə iştirak edəcək 19 klub məlumdur.
Klublararası dünya çempionatı-2025-in iştirakçılarının qismən siyahısı
"Çelsi" (İngiltərə) – Çempionlar Liqasının 2020/2021 qalibi
"Real" (İspaniya) – 2021/2022 Çempionlar Liqasının qalibi
"Mançester Siti" (İngiltərə) – Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün qalibi
“Bavariya” (Almaniya) – UEFA reytinqinə uyğun olaraq
PSJ (Fransa) – UEFA reytinqinə uyğun olaraq
"İnter" (İtaliya) – UEFA reytinqinə uyğun olaraq
“Portu” (Portuqaliya) - UEFA reytinqinə uyğun olaraq
"Benfika" (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq
"Palmeyras" (Braziliya) – 2021 Libertadores Kubokunun qalibi
"Flamenqo" (Braziliya) – 2022 Libertadores Kubokunun qalibi
"Fluminense" (Braziliya) – 2023 Libertadores Kubokunun qalibi
"Əl-Əhli" (Misir) – Afrika Çempionlar Liqasının 2020/2021 və 2022/2023 qalibi
"Vidad" (Mərakeş) – Afrika Çempionlar Liqasının 2021/2022 qalibi
"Əl-Hilal" (Səudiyyə Ərəbistanı) – 2021-ci ildə Asiya Çempionlar Liqasının qalibi
"Urava Red Daymonds" (Yaponiya) – 2022 Asiya Çempionlar Liqasının qalibi
"Monterrey" (Meksika) – 2021 Konkakaf Kubokunun qalibi
"Sietl Saunders" (ABŞ) – 2022 Konkakaf Kubokunun qalibi
“Leon” (Meksika) – 2023 Konkakaf Kubokunun qalibi
"Oklend Siti" (Yeni Zelandiya) – OFK reytinqinə uyğun olaraq
Daha 7 iştirakçı komandanın adı daha sonra açıqlanacaq. 2023-cü ildə klublararası dünya çempionatının qalibi finalda Braziliyanın “Fluminense” klubunu 4:0 hesabı ilə məğlub edərək İngiltərənin “Mançester Siti” klubu olub.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"