AZAL klubunun futbolçusu Zohair Benouahinin Qol.Az saytına müsahibəsi
- Bir müddəv əvvəl zədə almışdın. Hazırda durumun necədir?
- Bəli, iki aydı zədəliyəm, ona görə də məşqlərdə istədiyim kimi calışa bilmirəm. Bu da mənim zəif çıxış etməyimə səbəb olub. Əslində, zədəmi tam sağaltmaq üçün oynamaya da bilərdim. Ancaq komandamın mənə ehtiyacı var idi və rəhbərlik də meydana çıxmağımı istəyirdi.
- AZAL-in heyətində bir neçə dəfə fərqlənsən də, son vaxtlar qol vura bilmirsən.
- Dogrudur. Bunu çempionata tam hazır olmamağımla əlaqələndirərdim.
- Premyer Liqanın oyunlarının səviyyəsi səni qane edir?
- Mən sizin çempionatı çox bəyənirəm. Xüsusən də “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü klublarınız var. Bu cür komandalar Premyer Liqanıza əlavə rəng qatır. Digər klublar da onlardan geri qalmır. Bəzən ortabab klublar, məsələn, “Muğan” və “Gəncə” liderlərə baş ağrısı olur. Bu da Premyer Liqaya marağı artırır. Bildiyimə görə, builki çempionatınız keçən ilkindən daha baxımlı keçir.
- Əvvəl çıxış etdiyin çempionatları bizim Premyer Liqadan nə ilə fərqləndirərdin?
- Düşünürəm ki, sizin birincilik əvvəl çıxış etmiş olduğum Küveyt və Mərakeşdəki çempionatdan daha güclüdür. Burda yeganə çatışmayan cəhət futbolçuların fiziki cəhətdən zəif olmasıdır. Texnikalı oyun göstərsələr də, oyunu axıra kimi davam etdirə bilmirlər. Bu məsələ də həllini tapsa, sizin çempionat Avropa səviyəsinə çatar.
- Sabah “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsən?
- Mən “Xəzər Lənkəran” kimi güclü komandaya qarşı oynamağı çox sevirəm. Çünki belə oyunlar digərlərinə baxanda daha baxımlı alınır. Düzdür, oyuna yüz faiz hazır deyiləm. Ançaq düşünürəm ki, əsas heyətdə oyuna çıxsam, komandama yardım edə biləcəyəm. Oyunda ancaq qələbəni düşünəcəyik.
- İlk “altılığ”ın digər oyunlarından nə gözləyirsən?
- AZAL-ın heç bir güclü komandayla problemi yoxdu. Biz ancaq “Muğan” və “Gəncə” kimi ortabab komandalarla oyunda axsayırıq. Birdə qorxduğumuz yeganə amil hakimlikdir. Son vaxtlar bu, sizdə çox müzakirə olunur.
- AZAL-ın builki məqsədi nədi?
- Premyer Liqa başlayandan bəri qarşımıza ancaq Avroliqada oynamaq tapşırığı qoyulub. Bunun üçün ən qısa yol Azərbaycan kubokun qazanmaqdı. Ancaq fərq etməz birincilik və ya kubok. Hər ikisində qələbə üçün oynayacağıq.
- Önümüzdə oyunlarda qolsuzluq seriyana son qoya biləcəksən?
- Yenə deyirəm ki, hələ ideal formamdan uzağam. Düzdü, ilk vaxtlar bir neçə oyunda qol vurdum. Ancaq zədə almağım bunun davamına imkan vermədi. Məhz bu amil məni yaxşı oynamaqdan məhrum edir. Gələcək oyunlarda bu uğursuzluğa son qoymaq fikrindəyəm.
- Bu il Azərbaycanda kimi çempion görürsən?
- Mənim favoritim “Xəzər Lənkəran”dır. Məncə, onlar birinciliyi əldə edəcəklər. Qış fasiləsində onlar çox güclü transfer həyata keçiriblər.
- Səncə, Azərbaycanda ən güclü legioner və yerli oyunçu kimdi?
- Legionerlərdən “Qarabağ”da çıxış edən Georgi Adamiya və eyni klubda top qovan Rəşad Sadiqovu görürəm.
- Azərbaycanla ölkəniz arasında nə kimi fərqlər görürsüz? Hər halda hər ikisi müsəlman ölkəsidir.
- Mən burda özümü legioner hiss etmirəm. Bu səbəbdən, iki ölkəni ayırmazdım. Burda çıxış edən əcnəbi vətəndaşlar kimi, mən də sizin qonaqpərvərliyinizi xüsusu qeyd etmək istəyirəm.
- Bura gəlməmişdən öncə bizim ölkə haqda məlumatınız var idi?
- Xeyr, heç adın da eşitməmişdim, harda yerləşdiyini də bilmirdim. Bakıya gələndən sonra belə bir müsəlman ölkəsinin olduğunu və Xəzər dənizi sahilində yerləşdiyini öyrəndim.
- Mətbəximizi bəyənirsən?
- Mərakeşlə Azərbaycan mətbəxi çox da fərqlənmir. Hər ikisində oxşar yeməklər var. Ona görə yeməklərinizi çox rahatlıqla yeyirəm. Xüsusən də aşı bəyənirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi