Bu həftənin bazar günü AZAL klubu Unibank Premyer Liqasının final mərhələsinin ilk turunda «Xəzər Lənkəran»ı qəbul edəcək. Görüş ərəfəsində AZAL-ın baş məşqçisi Nazim Süleymanov Qol.Az saytının suallarını cavablandırıb
- Oyuna hazırlıq necə gedir?
- Normal qaydada. Bu çempionatda zəif komanda yoxdur. Düzdür, bəlkə də çoxları deyə bilər ki, birinci «altılıq» daha güclüdü, ikincisi zəifdi. Amma bu turnirdi, böyük bir məsafədir. Bu məsafıni kim yaxşı getsə, büdrəməsə, o da finişə birinci çatacaq. Rəqibimiz «Xəzər Lənkəran» çox güclü komandadır. Buna baxmayaraq, rəqibin səviyyəsi bizi qorxutmur. Hər bir oyuna biz qələbə əzmiylə çıxırıq, bu dəfə də elə olacaq. Bir də ki, məgər, MOİK zəif komanda idi ki, biz onunla oyunda xal itirdik? Ona görə də bütün rəqiblərimizə hörmətlə yanaşmalıyıq.
- Yəqin ki, “Xəzər Lənkaran”ı məğlub etməyin yollarını düşünürsünüz. Amma bilirsiniz ki, bu komanda güclü hücum xəttinə malikdi. Bu mənada, düşünmək olarmı ki, müdafiə olunmaqla əks-hücuma üstünlük verəcəksiniz?
- Biz iki gün əvvəl Tovuzdan kubok oyunundan qayıtmışıq, zədəli oyunçularımız var. Bu mənada, hansı futbolçumuz hazır olsa, onu da meydana buraxacağam. Və oyunçuların səviyyəsinə uyğun olaran taktiki sxemi quracağam. Bir daha deyirəm, rəqib çox güclüdür.
- Konkret “Xəzər Lənkaran”la oyunda hansı futbolçular meydana çıxmayacaq?
- Gennadi Bliznyuk, Vüsal Qarayev, Zohair Benouahi, Draqan Mandiç, Nuqzar Kvirtiya zədəlidir. Amma buna baxmayaraq, bizim hələ vaxtımız var. Həkimlər də əlllərindən gələni edir ki, futbolçuları bərpa etsin. Sabah hər şeyə aydınlıq gələcək.
- Komandanızın yeni legionerlərinin oyunu sizi qane edir?
- Niyə etməsin ki?! Əgər etməsəydi, onları oynadardıq?! Bilirsiniz ki, futbolçular komandanın düşərgəsinə hazır gəlməlidir. Amma təəssüf ki, bəzən onlar təlim məşq toplantısına gələndə, tam hazır olmurlar. İndi oyundan-oyuna, məşqdən-məşqə artırılar. İnanıram ki, ilk «altılıq»da onlar öz sözlərini deyəcəklər.
- Bir ara söhbət yayılmışdı ki, AZAL-ın baş məşqçi vəzifəsində sizi Elxan Abdullayev əvəzləyəcək…
- Doğru məlumat deyil. Mənim bu komandayla müqaviləm və klub qarşısında öhdəçiliyim var. Çalışırıq ki, komandayla məqsədimizə nail olaq. İndi məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Bəlkə də, siz özünüz də AZAL-dan belə oyun gözləməzdiniz. Təkcə siz yox, çoxları bunu gözləmirdi. Amma bu, futboldu, işləmək, çalışmaq lazımdır. Mən fikir verirəm, bizdə işləməkdənsə çox danışmağa üstünlük verirlər. Amma daha çox işləmək lazımdır. Mənim komandayla may ayına qədər müqaviləm var. Sonra klubun prezidenti kimi, istəsə onu da gətirə bilər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi