"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan çempionatında tətbiq olunan VAR-la bağlı növbəti dəfə narazılığını bildirib.
QOL.az xəbər verir ki, o, bununla İnstaqramdakı rəsmi səhifəsində paylaşım edib.
Paylaşımda əvvəlcə Misli Premyer Liqasının 19-cu turunun "Səbail" - "Zirə" matçında (0:0) qonaq komandanın futbolçusu Rüstəm Əhmədzadəyə qarşı ayaqla sərt toxunuşun penalti kimi qeydə alınmaması əks olunub. Ardınca isə Afrikada çəkildiyi ehtimal olunan, hakimlərin epizodlardan birini həvəskar səviyyədə - kiçik videokamerada izləməsi anı yer alıb. Həmin epizoda Sadıqov "Zirə"nin oyunlarında" şərhini yazıb.
Qeyd edək ki, "Səbail" - "Zirə" oyunun baş hakimi Fərid Hacıyev olub. O, VAR-a baxdıqdan sonra R.Əhmədzadəyə qarşı epizodu qayda pozuntusu kimi qeydə almayıb.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."