"Turan Tovuz" "Kəpəz"ə qarşı matçın hakimliyinə etiraz edib.
QOL.az xəbər verir ki, klub bu barədə narazılığını sosial şəbəkə hesabı vasitəsi ilə ictimaiyyətə çatdırıb.
Misli Premyer Liqasının 19-cu turunun "Kəpəz" - "Turan Tovuz" matçında Gəncə təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun 9-cu dəqiqəsində Tovuz klubunun müdafiəçisi Faiq Hacıyev qırmızı vərəqə alaraq meydandan qovulub.
"Turan Tovuz"un narazılığı odur ki, onların oyunçusuna qarşı Gəncə klubunun futbolçusu eyni kobudluğu etsə də, hakim qırmızı deyil, sarı vərəqə göstərib.
Qeyd edək ki, matçın baş hakimi Əli Əliyev, VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Vüsal Məmmədov olub.
Həmin epizodların müqayisəli videosunu yayan "Turan Tovuz"un açıqlamasında bildirilib:
"Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik. Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq. VAR niyə var? VAR-da ikili standart niyə var?!
Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!"
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."