Premyer Liqanın final mərhələsinin oyunlarına hazırlaşan «Qarabağ» Antalyadakı bir həftəlik hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb. Komandanın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına müsahibəsində hazırlıq prosesinin gedişatı barədə məlumat verib.
- Antalyadakı budəfəki toplanışımız kiçik bir müddəti əhətə etdi. Təlim-məşq toplanışı istədiyimiz kimi alındı.
- Komandanın bugünkü durumu sizi qane edir?
- Pis deyil. Düzdür, hazırda orada həm hava şəraitini, həm də meydanaçaların durumunu ideal saymaq olmaz. Bununla belə, istədiyimiz kimi hazırlaşa bildik. Bir oyun - Rusiyanın «SKA Energiya» komandasıyla yoxlama matçı keçirdik və 3:1 hesabı ilə qələbə qazandıq.
- Builki ilk təlim-məşq toplanışından fərqli olaraq, bu dəfə Antalyaya cəmi 18 futbolçunu aparmağınız birmənalı qarşılanmadı.
- Biz bunu ona görə etdik ki, Antalyadakı yoxlama oyununda hamı oynaya bilsin. Bilirsiniz ki, bu aylarda orada rəqib tapmaq çox çətindir. Futbolçuların bir qismi, o cümlədən iki məşqçimiz Bakıda qaldı və burada bir yoxlama oyunu keçirdi. Biz isə Antalyada bir yoxlama matçında meydana çıxdıq. Yəni hamı eyni proqram üzrə çalışa bildi. Antalyada futbolçu çox olsaydı, onların hamısına bir matçda şans verə bilməyəcəkdik.
- Hazırda komandanızda nə kimi problem var?
- Ciddi bir problemimiz yoxdur. Yalnız Maksim Medvedyev zədəsinə görə bizdən ayrı düşüb. Hazırda o, Almaniyada təcrübəli hakimlərin nəzarəti altında müayinə olunur. Bu gün və ya sabah onunla bağlı dəqiq cavab alacağıq. Avtandil Hacıyev də zədəsinə görə əməliyyat olundu. İlqar Qurbanovun transferində yarana problem həllini tapıb. Bir neçə gün əvvəl onun sənədləri bizə göndərilib. Türkiyədə Fərhad Vəliyevin müəyyən ağrıları var idi. Amma artıq o da heyətə qayıdır.
- «Qarabağ» çempionatda dalbadal yeddi oyundur ki, qələbə qazanır. Hazırda komandanızın ən yaxşı dövrünü keçməsi fikri ilə razılaşırsınız?
- Ümumiyyətlə, istəyirik komandamız həmişə yaxşı formada olsun. Ən əsası futbolçular sağlam olsunlar, bütün məşqlərdə iştirak edə bilinlər. Keçən il birinci dövrənin ortalarında beş oyunçumuz zədəsi səbəbindən bizə kömək edə bilmədi. Əfran İsmayılov da zədələnmişdi.
Yayda optimal heyətimiz vardı. İndi çox şükür ki, bütün oyunçularımız bir aradadır. Əfran da artıq heyətə dönüb.
- Demək olarmı ki, ilk «altılığ»ın oyunları üçün optimal heyəti qura bilmisiniz?
- Maksim də qayıdandan sonra heyət istədiyim kimi olacaq. Komandada rəqabət daha da artacaq.
- Ümumiyyətlə, final mərhələsinin oyunları üçün komandanızı tam hazır hesab edirsiniz?
- İndi bu suala cavab vermək çətindir. Deməzdim ki, «Qarabağ» final mərhələsinin oyunlarına tam hazırdır. «Altılıq» fərqli bir turnir olacaq. Orada istənilən nəticə və dəyişiklik ola bilər. Biz maksimum çalışdıq ki, yarışlara hazır olaq.
- «Xəzər Lənkəran» və «Neftçi» arasındakı kubok oyunlarını izləmək imkanınız oldu?
- Bəli. Hər iki komanda çox yaxşı təsir bağışladı. «Xəzər Lənkəran» mərhələni adlasa da, «Neftçi»nin zəif çıxış etdiyini demək olmaz. Hər iki oyun xoşuma gəldi. İstər-istəməz gərginlik var idi, komandalar oyunun sonlarında ehtiyat edirdilər. Azarkeş dəstəyi də yaxşı idi.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı