"Öncə, ağır qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının tezliklə sağalmalarını arzulayıram və onlara şəfa diləyirəm. Çətin oyun idi, güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım meydanda komanda şəklində sona qədər əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir. İstəyirdik ki, nəsə edək. Amma uduzduq".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 17-ci turunda səfərdeə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. O jurnalistlərin suallarını cavablandırıb.
- Hər zaman deyirsiz ki, oyun çətin keçdi. "Neftçi" üçün bu çempionatda asan oyun olub?
- Bütün oyunlar çətindir.
- 19 yaşında bu stadionda qol vurmusunuz. Yenidən Tofiq Bəhramov adına Respublika stadionuna gəldiniz. Hansı hissləri keçirdiniz?
- Yaxşı hisslərdir. Stadion dəyişib və indi daha gözəldir.
- Matçın 70-ci dəqiqəsində Höccət Haqverdini meydana buraxmağa hazırlaşırdınız. "Neftçi" o qədər acizdir ki, 70-ci dəqiqədə beşli müdafiəyə keçməyi planlaşdırır?
- Beşli müdafiəyə keçmək strategiya idi. Amma keçmədik.
- Aaron Olanare "Neftçi"yə xeyir verəcək? Onu komandada müqaviləsinə görə saxlayırsız, yoxsa perspektiv vəd etdiyinə görə?
- Bu gün "Neftçi"də hücum xəttində nə qədər oyunçu varsa, hamısını meydana buraxmışdım. Hücumçularımdan daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Olanarenin performansına gəlincə, söhbət təkcə ondan getmir. Ümumi hücumçulardan gedir. İstəyərdim ki, qollar vursunlar.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi