"Futbolçularımı təbrik edirəm. "Karvan" da yaxşı oyun nümayiş etdirdi. Komanda sona qədər intizamı saxladı. Sevindirici məqam odur ki, futbolçularımız zədələnmədi. İlin son oyunundan öncə əhvalımız pozulmadı. Qarşıda "Səbail"lə matçımız var. Bu oyuna hazırlaşacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Karvan"ı 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlimələri barədə danışarkən deyib.
Mütəxəssis "Sanki rəqib əsəblərinizlə oynamağı bacardı" fikrinə belə münasiblət bildirib: "Rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadı. Meydanda bəzi məqamlar var idi. Oyunu bitirə bilərdik. Ürəkdən davransaydılar, narahatlıq olmazdı. Rəqibin əks-hücumda oynaması normaldır. Bəzi epizodlarda son ötürmələri düz versəydilər, bəlkə onlar önə çıxardı. Bəzi oyunçularımın boş oynaması məni əsəbiləşdirdi. Ümumi götürəndə oyun nəzarətimiz altında idi. Əsas odur ki, nəticəni 90 dəqiqədə qazandıq".
O, komandasının müdafiədə səhvlərə yol verməsinə də toxunub: "Elvin Bədəlov zədədən yeni dönüb. Arxayınlıq da var idi. Elvinin oynatmağı düşünmürdük. Təəssüf ki, İsa Suliman yenidən zədələndi. Bu, planlarımızı pozdu".
S.Abasov sonda Azərbaycan kubokunun formatı və ilk mərhələlərdə aşağı liqa təmsilçiləri ilə - "Lerik" və "Karvan"la qarşılaşmaları barədə də danışıb: "Ən çox acı çəkən "Sumqayıt" oldu. Legionerimizi ilin sonuna kimi itirdik. Amma bu, o demək deyil ki, aşağı liqa klubları kubokda oynamamalıdır. Onların iştirak etməsi yaxşıdır. İstərdik ki, aşağı liqa klublarının da şəraiti yaxşı olsun, biz də gedib orada oynayaq. Rayon komandasının ev oyununu bizim meydanda keçirməsi... Önəmi qalmır. Bunlar düzəlsə, daha maraqlı olar. "Lerik"lə səfərdə oynasaydıq, stadion tam dolardı. Kubokda komanda sayının artması yaxşıdır. Bu gün 1-ci liqa komandası ilə oynadıq. Rahatlıqla qələbə qazanmadıq. Birinci şəraiti düzəltmək lazımdır".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi