Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Qol.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.
“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu mövsüm Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə dekabrın 19-da keçiriləcək.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi